Bu ölkə yalnız öz maraqları naminə hər cür işlərə əl atmağa hazırdır və əsasən bu yardımların sonu həmin ölkələrin ziyanına və əksər halda müsəlmanların qanının bahasına başa gəlir
10-03-2010
Pakistanın sabiq kəşfiyyat idarəsinin rəhbəri Həmid Gül Amerikanın məntəqədki apardığı siyasətləri kəskin pisləyərək bu ölkəni, məntəqənin şər oxu adlandırıb.
O, həmçinin Pakistanın hakim dairələrini ABŞ-ın əlaltısı olmasına işarə edərək, hazırda bu ölkənin Amerikanın siyasətlərinin icraçısı olduğunu bildirib.
O, məntəqənin gələcəyini necə görürsüz sualını belə cavablandırıb: Amerikanın siyasətləri elə ölçülüb ki, digər ölkələrə yalnız təhlükə hədiyyə edir, bu baxımdan dünya yaxın zamanlarda bu ölkənin özündə, belə bir situasiyanın şahidi olacaqlar.
Həmid Gül Amerikanın sair ölkələrə etdiyi yardımlardan söz açarkən deyib: Bu ölkə yalnız öz maraqları naminə hər cür işlərə əl atmağa hazırdır və əsasən bu yardımların sonu həmin ölkələrin ziyanına və əksər halda müsəlmanların qanının bahasına başa gəlir.