FaktXəbər.com-un İran mediasına istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Əfqanıstana səfəri başlayıb. Artıq səfər çərçivəsində İran prezidenti əfqanıstanlı həmkarı Həmid Kərzai ilə də görüşüb. Qeyd edək ki, görüş zamanı iki ölkə arasında ictimai-siyasi əlaqələrin möhkəmlənməsi, hər iki ölkədə sabitlik və təhlükəsizliyin təmin olunması mövzusunda fikir mübadiləsi aparılıb. Nəzərinizə çatdıraq ki, İran prezidenti iki günlük səfəri zamanı Əfqanıstanda bir sıra siyasi və ictimai görüşlər keçirməyi, o cümlədən İran Ticarət mərkəzinin açılış mərasimində iştirak etməyi planlaşdırır.