Faktxeber.com: Ukrayna Xarici işlər Naziri Pyotr Poroşenko, İstanbulda Ukrayna səfirliyinə edilən hücumun qarşısını alan Türkiyə təhlükəsizlik qüvvələri barədə deyib ki, "Türk təhlükəsizlik qüvvələri vətəndaşlarımızın həyatını xilas etdilər".
10-03-2010
İstanbulda Ukrayna səfirliyinə edilən hücumdan sonra Xarici işlər Naziri Əhməd Davutoğlu ilə telefonla danışan Poroşenko deyib ki, "Ukraynanın Türkiyədəki diplomatik nümayəndəlikləri tamamilə təhlükəsizlik altındadır. Təəssüf ki, səfirliyimizə hücum edən adam həyatını itirib. Təcavüzkarın ailəsinə ən səmimi başsağlığımı bildirirəm".
Xarici işlər Naziri Poroşenko, "Bu hadisənin, Ukrayna ilə Türkiyə arasındakı dostluq əlaqəsinə mənfi təsir göstərməyəcəyini bildirib.