"Əl-Əzhər" Universitetinin rektoru Şeyx Məhəmməd Təntavi Səudiyyədə vəfat edib
10-03-2010
FaktXəbər.com-un verdiyi məlumata görə, Səudiyyə Ərəbistanda hər il təşkil olunan Kral Feysəl mükafatlarının təqdim etmə mərasimində iştirak etmək üçün bu ölkəyə gələn Məhəmməd Təntavi, keçirdiyi infarkt üzündən paytaxt ər-Riyad şəhərində vəfat edib. Qeyd edək ki, 28 Oktyabr 1928 tarixində dünyaya gələn Təntavi, Misirin Əl-Əzhər universitetində rektor vəzifəsində işləyirdi. İslam dünyasında bir mənalı qarşılanmayan Təntavi, İsrail prezidenti Şimon pereslə görüşmüş və Qəzza əleyhinə fətvalar vermiş şəxs kimi tanınırdı.