"Erməni soyqırımı" noyabra qədər səsverməyə çıxarıla bilər
Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Hovard Berman belə deyib
10-03-2010
"Erməni soyqırımı" noyabr seçkisinə qədər Konqresdə səsverməyə çıxarıla bilər. Bunu Ermənistan Respublika (ERP) Partiyasının Koryun Naqapetyan bildirib.
“ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarından sonrakı gün biz 252 saylı qətnamənin ABŞ Nümayəndələr Palatasının plenar iclasının gündəliyinə daxil edilməsi üçün atılacaq addımları müzakirə etmək üçün komitənin sədri Hovard Bermanla görüşdük. Berman isə bizə konkret cavab vermədi. Belə ki, bu məsələdə hər hansı proqnoz vermək kifayət qədər çətindir”, - deyə Naqapetyan bildirib.
Bununla belə Naqapetyanın sözlərinə görə, H. Berman ümid edib ki, qətnamə ABŞ Konqresində keçiriləcək noyabr seçkilərinədək Palatanın plenar iclasının gündəliyinə daxil ediləcək.
"Hazırkı konqres 2010-cu ilin noyabr ayına qədər fəaliyyət göstərəcək. Bu müddət bitənədək qətnamə ABŞ Konqresinin Nümayəndələr Palatasının plenar iclasının gündəliyinə daxil edilməlidir", deyə Naqapetyan əlavə edib. ans