Əl-Qaidəyə "terrorçu" deyən müəlliminin gözünü hədəf aldı
Fransanın Lion şəhərində 15 yaşlı şagird Əl-Qaidəyə "terrorçu" deyən müəlliminə gözyaşardıcı qazla hücum edib.
10-03-2010
Fransanın Lion şəhərində 15 yaşlı şagird Əl-Qaidəyə “terrorçu” deyən müəlliminə gözyaşardıcı qazla hücum edib. (AFP)
Tarix müəlliməsi agentliyə adının çəkilməməsi şərtilə bunları deyib:
“Mən sadəcə dərsdə dərslikdə yazıldığı kimi 11 sentyabr terror aktlarının Əl-Qaidə terror qrupu tərəfindən törədildiyini bildirdim. O isə ayağa durub qışqırdı ki, nə əl-Qaidə, nə də Taliban terrorçu qrupdur”.
Bundan sonra şagird cibindən gözyaşardıcı qaz balonunu çıxararaq müəllimin və onun köməkçisinin üstünə yönəldib.