Əhali qatarlarda ayrıca qadın kupelərinin olmasını istəyir
"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycanda apardığı sorğu əksər sərnişinlərin qatarlarda qadınlar və kişilər üçün ayrı-ayrı kupelərin yaradılmasına tərəfdar olduğunu üzə çıxarıb
09-03-2010
“ELS”dən verilən məlumata görə, sorğuya cavab verən qadınların 92,4%-i qadınlar üçün xüsusi kupelərin ayrılmasını dəstəkləyib, 3,1%-i adətən tək səyahət etmədiklərini bildirb, 3,4%-i suala cavab verməyə çətinlik çəkdiyini bildirib. Yalnız 1,1% respondent bunun fərqinin olmadığını söyləyib.
Sorğuda iştirak etmiş kişilərin də qadınların ayrıca səyahət etmələri üçün müvafiq şəraitin yaradılmasına tərəfdar olduqları üzə çıxıb. Onların 76,4%-i ayrıca “qadın kupeləri”nin təşkil edilməsini, 9,2 %-i isə “kişi kupeləri”nin təşkilini təklif ediblər. milli.az