Təhsil naziri: "Amerikada bütün dünyada istifadə olunan narkotikin 60 faizi istehsal olunur"
09-03-2010
Təhsildəki inkişafı görməzdən gələnlər təhsil naziri Misir Mərdanovu əsəbiləşdirib. Təhsil naziri Misir Mərdanov məktəblərdə müəllimlərin mütxəlif səbəblərə görə pul yığma iddialarının həddən artıq şişirildiyini deyir. Misir Mərdanov, təhsildə inkişafın görməzdən gəlindiyini və bəzilərinin buna qara yaxmaq istədiyini deyir. Nazirin etiraz etdiyi başqa bir məsələ isə ABŞ-ın Azərbaycanda tələbələrinin əksəriyyətinin narkoman olması barədə hesabatıdır. Bununla bağlı iddiaları rədd etdiyini deyən təhsil naziri deyir ki, o sözləri deyən Amerikada bütün dünyada istifadə olunan narkotikin 60 faizi istehsal olunur. Misir Mərdanov bütün bu məsələlərdə jurnalistləri daha həssas və dürüst olmağa səsləyir.