Qeyri-rəsmi məlumatlara görə, bu onun xarici ölkələrlə əlaqəsinə görədir
09-03-2010
FaktXeber.com-un İran mediasına istinadən verdiyi məlumata görə, İran keçmiş prezidenti Məhəmməd Xatəminin ölkədən çıxmağına qadağa qoyulub. Verilən məlumata görə, bir neçə müddət əvvəl İranda baş verən iğtişaşların təşkili və onların himayədarlığı və bu aksiyaların təşkil olunmasında xarici ölkərdən dəstək aldığına görə Məhəmməd Xatəminin ölkədən çıxmasına icazə verilmir. Qeyd edək ki, İranda bir neçə insanın ölümü və kütləvi iğtişaşla nəticələnən aksiyalara görə, günahkar Məhəmməd Xatəmi, Mirhüseyn Musəvi və Mehdi Kərrubi göstərilir.
Verilən son məlumatlara görə, Xatəminin ölkədən çıxarılması ilə bağlı xəbər öz təsdiqini tapmayıb.