Türkiyənin ABŞ səfirinin Vaşinqtona qayıtması şübhə altındadır
09-03-2010
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Baş nazir Rəcəb Tayyip Ərdoğan ərəb mediasına verdiyi müsahibəsində ölkəsinin ABŞ-dan çəkinmədiyini və lazım olan bütün addımların atılacağını bildirib. Səudiyyə Ərəbistandan olan müxbirin "ABŞ Konqresi Xarici Əlaqələr Komissiyasında Erməni soyqrımı tanınarsa nə edəcəksiniz?" sualına cavab verən Ərdoğan, "Müsbət inkişaf görməsək səfirimizi göndərmərik" cavabını verib.
Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan həmçinin bildirib ki, "Həqiqətən Erməni soyqırımı ilə əlaqədar inkişaf Türkiyəni narahat edib. Amerika bizim strateji müttəfiqimizdir. Amma ABŞ-ın belə bir zamanda, bu cür səs vermə təşkil etməsi, sadəcə hazırlanmış komediyanı ortaya qoydu. Səs vermədə iştirak edən insanın 5 dəqiqə ərzində orada olması lazım olduğu halda, görürük ki, sədr yoxa çıxır. Aradan bir saat keçir. Sədr əlində kokteyllə görsənir. İrəli demokratiya deyəcəksiniz, amma bütün çirkinlikləri oraya qoyacaqsınız".
Türkiyə baş naziri həmçinin Amerikadakı səfirliyin gələcək fəaliyyəti barədə suala belə cavab verib: "Bildiyiniz kimi tez bir zamanda səfirimizi Türkiyəyə çağırdıq. Bundan sonra bizə qarşı görəcəyimiz rəftar, bizim üçün çox əhəmiyyətlidir. Biz bu rəftarı izləyirik. Türkiyə bu mövzularda çox həssasdır. Qürumuzu əldən vermərik. Amerikanın belə bir mövzuda strateji müttəfiqini əldən verməsini də ehtimal vermirik. Hər-halda bizə qarşı münasibətlərdə müsbər irəliləyiş görməsə, səfirimizi Amerikaya göndərməyəcəyik" .