Azərbaycan yığmasının Hondurasla yoldaşlıq oyununun keçiriləcəyi yer müəyyənləşib. Fanat.az xəbər verir ki, bu barədə "La Prensa" qəzetinə müsahibəsində Honduras milli komandasının baş məşqçisi Reynaldo Rueda məlumat verib. Rueda bildirib ki, oyun Avstriyada keçiriləcək. Qeyd edək ki, Honduras millimizlə oyunda yayda CAR-da keçiriləcək Dünya çempionatına hazırlaşacaq. Onu da nəzərinizə çatdıraq ki, Avstriya yığma komandası AVRO-2012-nin seçmə mərhələsində millimizin rəqibidir.