NATO və Avropa Birliyində gizli kəşfiyyat məlumatlarını Çindən gələn kiber hücumlarından qorumaq üçün səfərbərlik elan edilib
09-03-2010
Faktxeber.com-un verdiyi məlumata görə, mütəxəssislər Qərbin bu hücumlara qarşı güclü müdafiə sisteminin olmadığını bildirirlər.
NATO rəsmilərinin, İngiltərinin The Times qəzetinə verdikləri açıqlamada, "Çinlilərin kiber hücumlarını artırdıqlarını hamı bilir və indi artıq daxili təhlükəsizliyimiz mövzusunda nizamlı bir şəkildə xəbərdar edilirik".
Son 12 ayda reallaşan hücumlarda böyük artım olduğunu və ən çox da Çin qaynaqlı hücumlarda artım olduğunu söyləyirlər.
ABŞ-da cümə günü nümayiş olunan rəsmi bir hesabatda, Amerika Konqresinə qarşı təşkil edilən hücumların son bir ildə artdığını, hər ay 1.6 milyard hücum reallaşdığı bildirilib.
Çinlilərin kiber hücumlarla NATO və Avropadakı əhəmiyyətli dairələrə nüfuz etməsi, gizli kəşfiyyat hesabatlarının ələ keçirilməsi böyük narahatçılıqlara səbəb olub.
Londonda hökumət tərəfindən keçən il yaradılan Kiber Təhlükəsizlik bürosu bildirib ki, iki növ hücum olur: kompüter sistmelerini axsatmaq və mühüm məlumatları ələ keçirmək.
İngiltərə hökuməti kəşfiyyat məlumatlarının kiber hücumlar nəticəsində xaricə sızmasının əngəlləmək məqsədiylə bu ay daxilində fəaliyyətə keçəcək bir qrup yaradıb.