Əhməd Davutoğlu: "Fәlәstin-İsrail sülh prosesilә bağlı yol xәritәsi qәnaәtbәxş deyil"
09-03-2010
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu bir günlük rəsmi səfərlə Suriyada olub. Davutoğlu Surıyaya bir günlük sәfәri çәrçivәsindә prezident Bәşәr Әsәd vә Xarici İşlәr naziri Vәlid Müəllimlә bir araya gәlib. Qeyd edək ki, Xarici işlәr naziri Әhmәd Davutoğlu, Suriyada keçirdiyi görüşlər zamanı Fәlәstin-İsrail sülh prosesilә bağlı yol xәritәsinin qәnaәtbәxş olmadığını, qәti nәticәnin әldә olunacağı bir prosesi dәstәklәdiklәrini söylәyib. Türkiyә xarici siyasәt idarәsinin rәhbәri, həmçinin Әl-Fәth vә Hәmas arasındakı problemlәrin hәll edilmәsinin vacibliyini də vurğulayıb. Suriya dövlәt başçısı Bәşәr Әsәdlə görüşü zamanı, Suriya prezidenti Xarici İşlər nazirinə Türkiyәnin vasitәçilik missiyasına önәm verdiklәrini bildirib.