Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, avtoqəza martın 8-i saat 10.00 radələrində baş verib.
Belə ki, Salyan rayonu ərazisində, Cəlilabad rayon sakini Aşur Zeynalovun idarə etdiyi “VAZ-21063” markalı və Bakı şəhər sakini Sakit İbrahimovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub.
Nəticədə S.İbrahimovun sərnişini, Cəlilabad rayon sakini Şamama Nəsirova hadisə yerində ölüb, xəsarət almış S.İbrahimov isə xəstəxanaya yerləşdirilib.
Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı, DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.