Çin futbolunda böyük qalmaqal baş verib. "The Global Times" qəzetinin verdiyi məlumata görə, 4 futbol hakimi həbs olunub. Buna səbəb həmin hakimlərin oyun alverində günahlandırılması olub. Qəzetin məlumatına görə, əvvəlcə ifadə vermək üçün polis şöbəsinə çağırılan ədalət təmsilçiləri daha sonra həbs ediliblər. Polisin həbs etdiyi hakimlərdən biri DÇ-2002-nin final mərhələsində oyun idarə etmiş Lu Jun da var. Ondan başqa, 1998-ci ildən FIFA referisi olan Huanq Junjie, Şen Huanqyinq və Zou Veyxin də saxlanılıb. Qeyd edək ki, bundan əvvəl oyun alverində günahlandırılan 20 futbol rəsmisi saxlanılmışdı.