Rusiya və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
09-03-2010
Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 8-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Rusiya XİN-in mətbuat xidmətinin məlumatına görə, tərəflər Rusiya-Ermənistan tərəfdaşlıq münasibətlərinin bir sıra aktual məsələlərini, beynəlxalq və regional problemləri müzakirə ediblər. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin davam etdirilməsi mövzusuna xüsusi diqqət ayırıblar.