NATO rəhbəri: "Müstəqil Fələstin dövləti qurulmalıdır!"
FaktXəbərin verdiyi məlumata görə, NATO rəhbəri Anders Rasmussen, İordaniyanın paytaxtı Əmmanda etdiyi bir çıxışda müstəqil Fələstin dövlətinin qurulmasının lazım olduğunu vurğulayıb
09-03-2010
FaktXəbərin verdiyi məlumata görə, NATO rəhbəri Anders Rasmussen, İordaniyanın paytaxtı Əmmanda etdiyi bir çıxışda müstəqil Fələstin dövlətinin qurulmasının lazım olduğunu vurğulayıb
İordaniya Diplomatik Akademiyası və NATO-nun diplomatik bölməsinin birgə təşkil etdiyi bir tədbirdə çıxış edən Rasmussen "müharibənin olmaması slhün təmin edildiyi mənasını verməz. Sülh insanlıq qürurudur, insan haqqları və xoş niyyətlərin reallaşması deməkdir" ifadəsini işlədib.
Daha sonra NATO rəhbəri Fələstin məsələsi haqqında soruşulan bir suala "Fələstinin bu gün, aktiv və konkret bir sıra addımlara ehtiyacı var. Artıq şüar söyləmək zamanı keçmişdir" - deyə cavab verib.
Rasmussen bu mövzuda ayrıca olaraq "İsrailin də, müstəqil iqtisadiyyat və siyasətə sahib bir Fələstin dövlətinin qurulmasına köməkçi olması lazımdır. Digər yandan fələstinlilərin də, buna qarşılıq olaraq İsrailin təhlükəsizliyinə zəmanət vermələri lazımdır" - deyə bildirib.