Avropa Liqasının 1/8 final matçında İspaniyanın "Atletiko" komandasının futbolçusu Serxio Aqueronun sifətinə dirsək zərbəsi ilə xəsarət yetirən Türkiyənin "Qalatasaray" klubunun müdafiəçisi Sərvət Çətin Argentina yığmasının baş məşqçisi Dieqo Maradonanı qəzəbləndirib
09-03-2010
Lent.az-ın məlumatına görə, Maradona jurnalistlərə açıqlamasında Sərvətin hərəkətinə kəskin reaksiya verib.
Baş məşqçi əslən azərbaycanlı oyunçu haqda deyib: “Bir ulduz futbolçunun başına dirsək zərbəsi endirən müdafiəçiyə çox az halda rast gəlinir. Təəssüf ki, Sərvət kimi “lomlar” da futbolçu olur”.
Təcrübəli müdafiəçi isə həmin hərəkətinin epizodla bağlı olduğunu bildirib: “Maradonaya isə cavab vermərəm”.
Qeyd edək ki, Serxio Aquero Dieqo Maradonanın kürəkəni və Argentina yığmasının hücumçusudur.