Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər
09-03-2010
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri martın 8-də saat 13.50-dən 14.20-dək Ermənistan Respublikasının Krasnoselski rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 12.40-dan 12.45-dək və 14.23-dən 14.38-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.