Tarixdəki soyqırım iddialarına toxunarkən yalan və ermənilərə tərəfkeşlik edən bir proqramla Türkiyəni də qaralayıb...
08-03-2010
Amerikan CNN televiziyasının yayımladığı və yaxın tarixdəki soyqırımlara nəzər salındığı bir proqramda, 1915-ci il hadisələrinə bağlı qondarma erməni iddialarına da toxunarkən Türkiyəni işğalçı və soyqırım edən ölkələrin sırasına qoyub.
CNN televiziyasının, jurnalisti Christian Amanpour tərəfindən təqdim edilən və ilk dəfə 4 dekabr 2008-ci ildə yayımlanan "Scream Bloody Murder" (Soyqırım Deyərək Qışqır) adlı proqram, dünən təkrar olaraq yenidən yayımlanıb.
Qondarma Holokost hadisələri, Kamboca baş verənlər, iraqlı kürdlərə Səddam Hüseyn rejimi tərəfindən təşkil edilən kimyəvi hücum, Bosniya, Ruanda və Darfurda baş verənlər əhatəli olaraq göstərildiyi proqramın əvvəlində, qısa şəkildə 1915-ci il hadisələrinə də toxunularaq, o dövrdə, "xristian erməni vətəndaşların, səkkiz il boyunca qətlə yetirildiyi və qaçmağa məcbur edildiyi, bunun nəticəsində 1 milyon erməni qadın, kişi və uşağın öldüyü" iddiası ortaya atılıb.
"Türk hökumətinin, olanları soyqırım olaraq xarakterizə etməyi və məsulları ədalətə təslim etməyi rədd etdiyi" fikiri də proqramda səsləndirilib.
Polşalı yəhudi hüquqşünas Raphael Lemkinin, "soyqırım" sözünü ilk dəfə istifadə edən adam olduğuna toxunulan proqramda, "Lemkinin, xəbərlərdən xristian erməni vətəndaşların qətlə yetirildiyini öyrəndiyi" ifadə edilməklə yanaşı, dövrün ingiliscə nəşr olunan qəzetlərindən mövzuyla əlaqədar bəzi başlıqlar göstərilib.
Proqramın 1915-ci il hadisələrindən bəhs edilən bölümündəki görüntülərdə, asılmış, öldürülmüş qadın, kişi və uşaqlarla birlikdə kəllə sümükləri şəkilləri göstərilib, bunların arasında Osmanlı formalı bəzi əsgərlərin əlində silah, önlərində öldürülmüş insanların başlarının olduğu fotoşəkillərə yer verilib.