Dubay mülkləri barədə dünya mediası belə xəbər verdi
Demək olar ki, bütün ölkələrin öndə gedən media orqanları "The Washington Post"un məqaləsinə sensassiyalı xəbər olaraq ilk sıralarda yer verib. Türkiyənin "Hürriyət", "Milliyət", "Posta", "Vətən", "Saba", Rusiyanın "Komsomolskaya Pravda", ABŞ-ın USA "Todey", Britaniyanın "Times", BƏƏ-nin "Dubay Telegraph" qəzetləri bunlardan bir neçəsidir
08-03-2010
The Washington Post” qəzetində dərc olunan məqalə dünya mediasında şok effekti ilə əks-səda doğurub. Son iki gündə dünyanın bir çox KİV-ində bu məqalə barəsində xəbər və ya məqalədən hissələr dərc edilib.
Demək olar ki, bütün ölkələrin öndə gedən media orqanları “The Washington Post”un məqaləsinə sensassiyalı xəbər olaraq ilk sıralarda yer verib. Türkiyənin “Hürriyət”, “Milliyət”, “Posta”, “Vətən”, “Sabah”, Rusiyanın “Komsomolskaya Pravda”, ABŞ-ın “USA Todey”, Britaniyanın “Times”, BƏƏ-nin “Dubay Telegraph” qəzetləri bunlardan bir neçəsidir.
Bundan başqa, Rumıniya, İndoneziya, Vyetnam, Hindistan, İtaliya, Norveç, Polşa, Yaponiya, İspaniya və s. kimi ölkələrin KİV-i də Əliyevlərin Dubaydakı mülkləri barədə xəbər veriblər.
Məqalə barədə verilən xəbərlərin başlıqları da maraqlıdır. Məsələn, Türkiyənin “Milliyət” qəzeti “Əliyevə super suçlama”, “Posta” qəzeti “44 milyon dollarlıq övlad”, “Sabah” qəzeti “Azərbaycanı qarışdıran xəbər”, “Vətən” qəzeti “Qardaş, bu nə?” başlıqlarını verib.
Ümumiyyətlə isə, başlıqların hamısında “The Washington Post”un İlham Əliyevin övladlarına Dubayda bahalı villalar aldığını üzə çıxardığını ifadə olunub.
Dünya mediası “The Washington Post”un məqaləsini necə işıqlandırıb, fotoçıxarışlarla təqdim edirik.