Şadlıq evləri və restoranlarda dini toylara nəzarət gücləndirilir
9-03-2010
Ölkəmizdə iki ay fasilədən sonra yenidən toy və şadlıq mərasimlərinə start verilib. Müsəlman olaraq, məhərrəm və səfər aylarını şənlik etməyən azərbaycanlılar, bu aylardan sonra yeni və ağlagəlməz qadağa ilə rastlaşıblar. Belə ki, səbirsizliklə gözləyən dindar gənclər, toy mərasimlərini keçirmək üçün yeni yasaqlarla üz-üzə qalıblar. Adətən toy və şadlıq mərasimləri təşkil olunan şadlıq evləri və restoranlar dini toyların keçirilməsi istiqamətində göstərişlər alıblar. Məlumatda bildirilir ki, paytaxtdakı restoranlarda keçirilən şənliklərə nisbətən qadağa qoyulub. Bunun əksi olaraq haram musiqi və içki ilə qeyd olunan mərasimlərə bəzi güzəştlərin edilməsi tövsiyə olunub.
Bu xəbəri dəqiqləşdirmək üçün FaktXəbər olaraq bir neçə şadlıq evləri ilə əlaqə saxladıq. Adlarını çəkilməsini istəməyən şadlıq sarayı mənsubları bildirdilər ki, bu tapşırıq müvafiq qurumlardan verilib. Biz də məcburuq ki, dini toyların keçirilməsində məhdudiyyət qoyaq. Konkret olaraq, dini toy mərasiminin qeyd olunan tarixini və saatını həmin qurumlara çatdırmalıyıq. Onlar da özləri üçün araşdırma aparacaqlar. Lazım olarsa, mərasimin keçirilməsindən imtina etməliyik. Ya da məhdud vəziyyətdə şərait yaratmalıyıq. Əks halda, biz onlara xəbər verməsək, ya dedikləri kimi etməsək, şadlıq evinin bağlanacağını bildirdilər. Dedilər ki, vergi işçilərini göndərib, sizi müflis edərik.
Məsələyə dindarların da mövqeyini öyrənmək üçün toy etmək arzusi ilə yaşayan gənclərə üz tutduq. İkram adlı gənc xəbərdən məlumatsız olduğunu bildirsə də çox təəssüfləndiyini söylədi: “Mən nişanlıyam. Bu yaxınlarda toya hazırlaşırıq. Belə bir xəbər bizi qəmgin edərək, çıxılmaz vəziyyətdə qoyacaq. Heç vaxt eşitməmişik ki, hansısa, içkili və haram mərasimə qadağa qoyulsun. Gənc qızlar, oğlanlar və ümumiyyətlə əksəriyyət bir-birinə qarışaraq işıqları da söndürüb min oyundan çıxan toylarda heç bir nəfər çıxıb demir ki, namus, qeyrət əldən gedir. Cəmiyyəti bu istiqamətdə tərbiyə edirlər. Heç cəsarətləri də olmaz ki, desinlər: Ay balam bu gedişlə hara gedirik? Amma dini toylarda hamı sakitcə oturub, gözəl ilahilərə qulaq asır, din, Quran və əxlaqlı mahnılar dinləyib zövq alırlar. Haram toylar haqqında özünüz məndən yaxşı bilirsiniz. Arvad başqa kişi ilə öz ərinin gözü qarşısında qol-boyun olaraq, “tans” oynayır sonra da ərinin qoluna girib necə oynadım deyə soruşur. Kişi də pəh-pəhlə fəxr edir. Bax bu, bizim cəmiyyətimizin real tərəfidir”.
Başqa bir gənc isə yaxın zamanlarda Qəbələdə pianino zavodunun açılmasına işarə etdi: “Bildiyimiz kimi ölkəmizdə prezidentin iştirakı ilə pianino zavodu açılıb. Şadlıq evlərinə verilən göstərişi bununla əlaqələndirirəm ki, yeni pianinolar elə yeni mahnılar da ifa etsinlər. Bax elə burada pianino hər şeydən üstün olan milli muğamımızı səsləndirdikcə, deyəcəklər: “oyna gülüm oyna...”
Səxavət adlı gənc dindar daha maraqlı bir fakta toxundu: “Restoranlarda və şadlıq evlərində dini toylara qadağa qoyulur. Mağarlarda da toy edəndə deyirlər ki, mitinq keçirirsiniz. O zaman bizə toy etmək üçün iki versiya qalır, ya gedib meşədə heyvanların arasında keçirməliyik, ya da elə subay ölməliyik”.
Bu qadagali qoyanlarin ozleri pozgunluq ve terbiyyesizlik ichinde boyuyenlerdir.Bunlar terbiye gormeyen adamlardir ellbette ki,bele namussuz qerarlar chixaracaqlar.Bunlar Azrbaycani qarishdirmaq uchun her shey edirler,bir dur deyen insan chixmayacaq zennimce ve her kes bununla barishmali olacaq...Telekanallar susur.Yalandan bar-bar bagirirlar ki,biz heqiqeti chatdiririq hani heqiqet...