Mirmahmud Mirəlioğlu: "ABŞ böyük və güclü dövlət olsa da, həmişə haqsız və ədalətsiz mövqedən çıxış edir"
08-03-2010
“Bu qərar eyni zamanda Türkiyənin siyasətində yanlışlığın olduğunu da üzə çıxartdı. Çünki, Türkiyədə böyük bir inam var idi ki, güya strateji müttəfiqi olan ABŞ belə qərar qəbul edə bilməz” – bu sözləri Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (AKXCP) sədri Mirmahmud Mirəlioğlu ABŞ Konqresinin qəbul etdiyi qondarma “erməni soyqırımı” məsələsinə münasibət bildirərkən FaktXəbərə dedi: “Göründüyü kimi bu, özünü döğrultmayan gözlənti olmaqla yanaşı, həm də bizə dərs olmalıdır. Bu qərarda bir müsbət tərəf də var. O müsbət tərəf təqdir olunmalı və ondan yararlanmaq lazımdır. Beləliklə bu qərar bütün türk dünyasını vahid mövqedən çıxış etməyə səfərbər etdi. Eyni zamanda məlum oldu ki, bu istiqamətdə tədbirlər davam etməlidir”.
M.Mirəlioğlu Amerikanın ciddi yanlışlığa yol verdiyini də qeyd etdi: “Hesab edirəm ki, belə yanlışlıqlar özünün əleyhinə çevrilib. ABŞ böyük və güclü dövlət olsa da, haqsız və ədalətsiz mövqedən çıxış edir. Onun haqsızlığı Türkiyəyə qarşı qəbul etdiyi qərardan bir daha bəlli oldu”.
95 il bundan əvvəl yalan bir soyqırımı qəbul edən ABŞ, gözünün qarşısında hər gün dünyanın kar və kor olduğu hadisələr baş verir, Xocalı soyqırımı olur, Azərbaycan torpaqları işğal olunur lakin heç bir münasibət bildirmir - M.Mirəlioğlu vurğuladı: “Dünyada bir ədalətsizliyin baş verməsinə şahid olduq. Təqdir olunan digər hal budur ki, istər Türkiyədə, istərsə də, Azətbaycanda hamı bir mövqedən çıxış edir. Bu məsələ təkcə Türkiyənin yox, türk dünyasının əleyhinə və anti-türk qüvvələrinin həmişə bir yerdə olduğunu göstərdi. Həm iqtidar, həm də müxalifət birlik sərgiləyir. Belə hallarda Türkiyədə də müxalifət və iqtidar birlik göstərməlidirlər. Bu istiqamətdə lazım olanı etməliyik”.
Amerikanın regionda maraqları daha çox Türkiyə vasitəsi ilə qorunurdu. Sizcə məlum qərardan sonra ABŞ-ın dəyişikliklər baş verə bilər – sualına cavab olaraq M.Mirəlioğlu dedi: “Əslində heç bir dəyişiklik olmayacaq. Lakin Türkiyənin davamlı siyasəti olarsa mövqedə dəyişiklik olacaq. Güman edirəm ki, bu qərardan daha çoxunu ABŞ etməyəcək”.
Əslində Qarabağ məsələsində Amerikanın maraqlı olub-olmaması bizi az maraqlandırmalıdır. Görəsən biz Qarabağ məsələsinin həllində nə qədər maraqlıyıq? Biz Fransadan, İtaliyadan və başqa güclü dövlətlərdən bu işin həllini istəyirik, amma öz övlət siyasətimiz görünmür – M.Mirəlioğlu bildirdi.