Dörd futbolçu yaralandı, jandarma olayı güclə sakitləşdirdi
06-03-2010
Türkiyə və Rusiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandaları arasında Bodrumda keçirilən oyun dava-dalaşla nəticələnib. Oyundan sonra futbolçular arasında yumruq davası düşüb. Qarşılaşmanın ilk yarısı qolsuz başa çatıb. 62-cı dəqiqədə Muhammet türkləri hesabda imrəli çıxarıb, 5 dəqiqə sonra Kanunnikov bərabərliyi təmin edib. 88-ci dəqiqədə Serdar Türkiyənin ikinci qolunu vursada, az sonra Petrakov bərabərliyi təmin edib. Bu nəticə Türkiyəni Serbiya və Rusiyanın iştirakı ilə keçirilən turnirin qalibi edib.
Oyun bitən kimi isə matçın gedişində əsəbləri gərilən futbolçular hər şeyini acığını bir-birindən çıxmağa başlayıb. Hakimin final fiti səslənən kimi Eren Albayrakla Loqua arasında başlayan söz davası az sonra yumruq davasına çevirilib. Digər futbolçuların olaya müdaxiləsi davanın daha geniş miqyas alması ilə nəticələnib. Məşqçilər və rəsmilər aranı sakitləşdirə bilmədiyindən jandarma müdaxilə etməli olub. Təxminən 10 dəqiqə davam edən dava zamanı dörd futbolçu yaralanıb. Yaralı futbolçular Bodrum Dövlət Xəsətəxanasına aparılıb və onlara ilkin tibbi yardım göstərilib.