Saat 09:30 radələrində ailə üzvləri ilə birlikdə İstanbula gələn N.Tan bir müddət hava limanında istirahət etdikdən sonra paytaxt Ankaraya gəlib
06-03-2010
Türkiyənin Amerika Birləşmiş Ştatlarındakı səfiri Namiq Tan ölkəsinə qayıdıb. Səfir ötən gün ailəsi ilə birlikdə qatarla Vaşinqtondan Nyu –Yorka, buradan isə Türk hava yollarına aid təyyarə ilə İstanbula uçub. N.Tanı Con F. Kennedi Beynəlxalq Hava Limanından Türkiyənin Nyu-Yorkdakı konsulu Mehmet Samsar və həyat yoldaşı yola salıb.
Saat 09:30 radələrində ailə üzvləri ilə birlikdə İstanbula gələn N.Tan bir müddət hava limanında istirahət etdikdən sonra paytaxt Ankaraya gəlib. O, həftənin bazar günü Türkiyə xarici işlrə naziri Əhməd Davudoğlu ilə görüşəcək. Onun ABŞ-a nə vaxt dönəyəcəyi Davudoğlu ilə görüşündən sonra, Türkiyə Nazirlər Kabinetində keçiriləcək müşavirədən sonra bilinəcək.
Qeyd edək ki, Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan ABŞ Nümayədələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərardan sonra müşavirə üçün Türkiyəyə geri çağırılıb.