Bakıda şirkətin baş mühasibi və işçisi həbs olunub
Azərbaycanda şirkətlərdən birinin baş mühasibi və işçisi 285 239 manat məbləğində vəsait mənimsəyib
06-03-2010
Azərbaycanda şirkətə qarşı külli miqdarda talançılıq edilməsi faktı aşkarlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, "Kervitaş Qida Sənaye və Ticarət Anonim" şirkətinin baş mühasibi Leyla Tahirova və oranın işçisi Aqşin Quliyev şirkətin möhürlərindən istifadə etməklə imzaları saxtalaşdırma yolu ilə 73 ədəd ödəniş tapşırıqları tərtib edərək "Yapı Kredi" bankında olan hesablaşma hesabından "FF Kompani" MMC-nin və digər şəxslərin adlarına olan hesabına köçürərək 285 239 manat məbləğində pul vəsaitini bank kitabçası ilə nəğdləşdirərək talayıblar.
Faktla əlaqədar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi açılıb.