Moskva şəhərində keçiriləcək güləş üzrə Dünya Kubokunun püşkü atılıb
06-03-2010
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışlarına start verilir. Beynəlxalq Güləş Federasiyasının rəsmi saytında yer alan məlumata görə, sərbəst güləş üzrə yığma komandamız B qrupunda Özbəkistan, İran və ABŞ güləşçiləri ilə mübarizə aparacaq.
Güləşçilərimiz ilk görüşdə İran, 2-ci qarşılaşmada Özbəkistan, son raundda isə ABŞ idmançıları ilə üz-üzə gələcəklər. A qrupunda Türkiyə, Rusiya, Belarus və Ukrayna güləş yığmaları yer alırlar.
Xatırladaq ki, Dünya Kubokunun final görüşləri sabah keçiriləcək.