Ağdaş rayonunda xeyli miqdarda silah-sursat tapılıb
Bu gün saat 11.00 radələrində Ağdaş rayon Polis Şöbəsinə (RPŞ) naməlum şəxs zəng edərək Ağdaş şəhərinin yaxınlığındakı zibilxana təsərrüfatı ərazisində silah-sursat olması barədə məlumat verib
06-03-2010
APA-nın yerli bürosunun xəbərinə görə, RPŞ əməkdaşları əraziyə baxış keçiriblər. Oradan 1 ədəd AKM markalı avtomat, 3 ədəd avtomat sandıqçası, 2 ədəd F-1 əl qumbarası, 3 ədəd süngü, 1 ədəd əl qumbarasının alışqanı, 898 ədəd müxtəlif çaplı avtomat patronları aşkar edilərək götürülüb.