Qabil Hüseynli: "Amerikanın qondarma "erməni soyqırımı"nı tanıması müsəlman və xristian sivilizasiyaları arasında gərginliyə də səbəb ola bilər"
06-03-2010
Xəbər verildiyi kimi, qondarma "erməni soyqırımı" ilə bağlı ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr qərarın ermənilərin xeyrinə qəbul edilməsi ilə nəticələnib. Gərgin keçən dinləmədən sonra əvvəlcə lehinə 20, əleyhinə 22 səs verilsə də, sonradan bic erməni xisləti özünü göstərib. Belə ki, ermənilər Konqresin Nümayəndələr Palatasının işində iştirak edən 3 nəfər ermənipərəst konqresmeni "ovlayaraq" komitədəki səsverməyə qatıb. Gözlənildiyi kimi, prezident Barak Obama da müəmmalı susqunluğu ilə niyyətinin dərisinin rənginə uyğun olduğunu təsdiqlədi. Görəsən, bu sadəcə bir neçə konqresmenin erməni sevgisidir, yoxsa arxasında başqa siyasət dayanır?
FaktXəbərə münasibətini açıqlayan politoloq Qabil Hüseynli Amerikanın indiki siyasi rəhbərliyində ermənipərəst qüvvələrin kifayət qədər olduğunu və ermənipərəst mövqenin açıqca hiss edildiyini əsas gətirərək dedi ki, bu adamlar erməniləri müdafiə edən qərarın çıxarılmasına həmişə cəhd göstəriblər: "Belələri istər ABŞ Konqresində, istərsə də digər dövlət və hökumət qurumlarında var. Amma Amerika tərəfi bununla, necə deyərlər, bir güllə ilə iki dovşan vurmağa çalışır. Yəni Türkiyəyə təzyiq göstərmək, heç bir şərt irəli sürmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail olmaq istəyirlər. Əlbəttə, burda erməni lobbisi proseslərə müəyyən qədər təsir edir. Amma proseslərin arxasında Amerikanın siyasi hakimiyyəti dayanır. Burda əsas məsələlərdən biri də rəsmi Vaşinqtonun, Dağlıq Qarabağ probleminin həllini məlum Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesindən ayırmaq istəyidir".
Qabil bəyin fikrincə, burda Azərbaycana aid olan məqamlar da var: "Çünki qondarma "erməni soyqırımı" həm də Azərbaycanın məsələsidir. Və Amerikada problemlərə yanaşma tərzini özündə əks etdirir. Bu məsələdən ABŞ-ın Dağlıq Qarabağ probleminə yanaşmasındakı qeyri-obyektivliyin qoxusu gəlir. Birləşmiş Ştatların bu addımı hətta müsəlman və xristian sivilizasiyaları arasında gərginliyə də səbəb ola bilər".
Qeyd edək ki, aşağı səviyyədə buna oxşar qərar əvvəllər də bir neçə dəfə qəbul olunub. Lakin sonradan ermənilər yuxarı palatada sənədin qəbuluna nail ola bilməyiblər. Bəs indi necə, sənədin yuxarı səviyyədə qəbul olunma ehtimalı varmı? Q.Hüseynlinin qənaətinə görə, bu artıq Türkiyə tərəfinin necə hərəkət edəcəyindən, eyni zamanda Azərbaycanın dəstəyindən asılıdır: "Rəsmi Ankara artıq öz səfirini Amerikadan geri çağırıb. Türkiyənin Birləşmiş Ştatlara təsir imkanları da var. Belə olan şəraitdə "erməni soyqırımı"nın tanınması ilə bağlı prosesin dayandırılması mümkündür".