Azərbaycan paytaxtında daha bir avtomobil tuneli tikiləcək
06-03-2010
Bu il Bakı şəhərinin Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişdiyi ərazidə avtomobil tunelinin tikintisi planlaşdırılır. Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, tunel ərazidə son illər artmaqda olan nəqliyyat sıxlığının qarşısını almaq və hərəkəti tənzimləmək üçün tikilir. Artıq bu məqsədlə ötən gün «Azəryolservis» ASC tərəfindən tender elan olunub. Tuneli tikəcək şirkətin adı aprelin 28-də bəlli olacaq.