Müsavat İlham Əliyevdən təcili açıqlama tələb etdi
"Dubayda 11 yaşlı Heydər Əliyevin adına 44 milyon ABŞ dolları dəyərində əmlak alınıb"
06-03-2010
ABŞ-da çıxan nüfuzlu “Vaşinqton Post” qəzetində Azərbaycandakı korrupsiya ilə bağlı geniş məqalə çap olunub. Məqalədə dövlət başçısı İlham Əliyevin adı ilə bağlı bir sıra ciddi faktlar sadalanır. O cümlədən göstərilir ki, Dubayda 11 yaşlı Heydər Əliyevin adına 44 milyon ABŞ dolları dəyərində əmlak alınıb.
Müsavat Partiyasından FaktXəbərə daxil olan bəyanatda, sadalanan konkret faktlar barədə ölkə ictimaiyyətinə məlumat verilməsi zəruriliyinin nəzərə alınaraq İlham Əliyevdən təcili hərtərəfli açıqlama ilə çıxış etməsini tələb edilir.