Müsavat Partiyası ABŞın hərəkətlərindən narahatdır
ABŞ Nümayəndələr Palatasının alt komitəsində qondarma erməni soyqırımının qəbul edilməsi qərb dünyasında, o cümlədən ABŞ-da dövlətlərarası münasibətlərə ikili standartlarla yanaşmanın təzahürüdür
06-03-2010
Müsavat Partiyası ABŞ Nümayəndələr Palatasının alt komitəsində qondarma erməni soyqırımının qəbul edilməsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: "ABŞ Nümayəndələr Palatasının alt komitəsində qondarma erməni soyqırımının qəbul edilməsi qərb dünyasında, o cümlədən ABŞ-da dövlətlərarası münasibətlərə ikili standartlarla yanaşmanın təzahürüdür. Tarixçilərin və digər araşdırmaçı alimlərin işi olan bu məsələnin Konqresdə müzakirəsi bölgədəki proseslərə mənfi təsiri qaçılmazdır. Çünki xəstə təxəyyülün məhsulu olan uydurma soyqırım iddialarının bu dərəcədə şişirdilməsi regionun aparıcı dövləti olan Türkiyəyə qarşı haqsız təzyiq vasitəsindən başqa bir şey deyil.
1915-ci ildə baş vermiş bu hadisələrə belə canıyananlıqla münasibət bəsləyən konqresmenlərin son 20 ildə Azərbaycana qarşı təcavüzkar siyasətə, bu siyasətdən doğan soyqırım hadisələrinə və insanların öz doğma torpaqlarından etnik təmizləməyə məruz qalmasına biganə yanaşması da xeyli suallar doğurur."
Müsavat Partiyası mətbuat xidmətindən FaktXəbərə daxil olan məlumat ABŞ-ın bu hərəkətlərindən narahatçılıq ifadə olunur və bunu bölgədəki vəziyyətin daha da gərginləşməsinə xidmət edən addım kimi qiymətləndirilir. Ona görə də biz ABŞ konqresini bu qətnamə layihəsini, ümumiyyətlə, müzakirəyə çıxarmamağa, Türkiyənin haqlı mövqeyinə dəstək verməyə çağırılır.