"Türkiyə heç bir şərt və təzyiqlə qərar qəbul etməyəcək"
ABŞ Konqresinin Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin qərarı Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin dayanması riskini yaradıb
05-03-2010
Belə bir bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada keçirdiyi mətbuat konfransında çıxış edib. XİN rəhbəri bildirib ki, heç kəs Türkiyəyə təzyiq edərək öz istədiyinə nail ola bilməz.
“Biz burdan bütün ermənilərə, xüsusilə də, Ermənistana səslənirik. Dünənki qeyri-ciddi və gülünc səsvermənin bu məsələnin həlli üçün nə qədər səhv olduğunu bir daha ortaya çıxdı. Bir səs orda deyil, bu tərəfdə olsaydı, tarixin axını dəyişmiş olacaqdı. Kimsə "hə" deyil, "yox" deyə pıçıldamış olsaydı, bu səsvermə fərqli olacaqdı. Tarixi belə qeyri-ciddi etmək olmaz. Türkiyəyə təzyiq edərək hansısa nəticə əldə edəcəyinizə inanırsınızsa, siz 10 əsr ərzində türk millətini yaxşı tanıya bilməmisiniz. Türkiyə heç bir şərt və təzyiqlə qərar qəbul etməyəcək”, - deyə Davudoğlu bildirib.