Lənkəran, Qəbələ və Qaradağ rayonlarına yeni icra başçısı təyin olundu
05-03-2010
Prezident İlham Əliyev Lənkəran, Qəbələ və Qaradağ rayonlarının icra hakimiyyəti başçılarının dəyişdirilməsi haqqında sərəncamlar imzalayıb. AzərTAc-ın verdiyi məlumata görə prezidentin sərəncamlarına əsasən Süleyman Surxay oğlu Mikayılov Lənkəran şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Qaradağ rayonu İcra hakimiyyətinin başçısı təyin olunub. Hüseyn İsrafil oğlu İsrafilov Bakı şəhəri Qaradağ rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Tofiq Hüseyn oğlu İbrahimov Qəbələ rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Lənkəran şəhəri İcra hakimiyyətinin başçısı təyin olunub. Səbuhi Məhəmməd oğlu Abdullayev isə Qəbələ rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.