Fəxrəddin Mehdiyev: "Təəssüflər olsun ki, Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə qaldı"
05-03-2010
Xəbər verdiyimiz kimi fevralın 13-də polislə bir qrup dindarın arasında qarşıdurma baş vermişdi. Nəticədə beş nəfərin barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən həbs qəti-imkan tədbiri seçilib. Bu barədə saxlanılan şəxslərdən biri, Elçin Abbasovun hüquqlarını müdafiə edən Fəxrəddin Mehdiyev FaktXəbərə danışdı: “Biz ilk olaraq həbs qəti-imkan tədbiri və ittiham edilən maddələrlə razı deyilik. Buna görə də apellyasıya şikayəti vermişdik. Təəssüflər olsun ki, Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə qaldı. Yenidən bu barədə vəsatət qaldıracağıq. Ümid edirik apardığımız mübarizədə nəyəsə nail ola biləcəyik”.
F.Mehdiyev E.Abbasovun səhhətinin normallığından və ciddi probleminin olmamasından da danışdı: “Mütəmadi olaraq, onunla əlaqə yarada bilirik. Hüquqlarını müdafiə etdiyim E.Abbasov hələ səhhətindən şikayət etməyib”.