"Yayda "Mançester Siti"yə transfer olunacağı söylənilən "Qalatasaray"ın kapitanı Arda Turan başqa klubda oynamaq istəyir. Fanat.az xəbər verir ki, Türkiyə millisinin gənc ulduzu "Liverpul" formasını geyinmək istəyir". Arda UEFA-nın rəsmi saytına açıqlamasında bildirib ki, "Liverpul"un şərəfini qorumaq ən böyük arzusudur: "Rəhbərlik icazə versə, Avropada oynamaq istərdim. "Liverpul"un azarkeşiyəm və bu klubun şərəfini qorumaq istərdim". Qeyd edək ki, bir neçə gün əvvəl Ardanın ingilis klublarından birinə satıldığı barədə xəbərlər yayılsa da, hələlik rəsmi şəkildə nə təsdiq, nə də təkzib edilib.