Yerli hökumət uçan dairələrin istehsalı üçün beş illik proyekti təsdiqlədi
05-03-2010
FaktXəbərin verdiyi məlumata görə, Rusiyanın Ulyanovsk bölgəsi yerli hökuməti uçan dairələrin istehsalını reallaşdıracaq beş illik proyekti təsdiqləyib.
Uçan dairələrdə vertolyot və zeplin (dirijabl) materialından istifadə ediləcək. Dünyada "aerostatik termobalast vasitəsi" olaraq tanınan uçan dairələrə, istehsal firması LocomoSky qısaca "Locomoskayner" adını verib. Locomoskayner MAKS-2009 sərgisində ilk dəfə nümayiş etdirilib.
MAKS-2009 sərgisində nümayiş etdirilən prototip "uçan dairə" 7 metr diametrində və 20 kiloqram daşıma tutumuna sahibdir. Ancaq şirkətin əsl məqsədi 600 min ton yük və minlərlə sərnişin tutumu olan uçan dairələri çıxarmaqdır. Locomoskaynerin zeplinə oxşarlıqla bərabər bir çox üstünlükləri də var. Şaquli enişlər edə bilən və düz xəttdə 100 km/s yaxın sürətlə hərəkət edə bilən Locomoskayner öz ətrafında dönə biləcək və eniş üçün xüsusi bir zəminə ehtiyac duymayacaq.
Aerodinamika quruluşuna görə normal təyyarələrə görə daha az yanacaq istifadə edəcək Locomoskaynerin, xüsusilə uzaq və texnikanın çatmadığı bölgələrə yük daşıması baxımından çox rahat olması gözlənilir. Yerli hökumətin hesablarına görə, proyektə 90 milyard dollardan çox sərmayə sərf ediləcək. Ayrıca, bölgədə 800 adama iş imkanı və büdcəyə vergi gəlirləri təmin ediləcək. LocomoSky indidən bölgənin sənaye mərkəzində bazalarının qurulmasına başlayıb.
1937-ci ildən bu yana istehsalı dayandırılan zeplinlər, şaquli eniş edə bilmirdi. Zeplinin enməsi üçün kənardan müdaxilə lazımdır, ya da tikilən xüsusi qüllələrə enə bilirdi. Ani küləklər belə, zeplinlərə təsir edə bilirdi. Ayrıca, zeplin yanacaq olaraq hidrogen kimi təhlükəli maddə istifadə edirdi, Locomoskayner isə bunun yerinə helium maddəsini istifadə edəcək. Uçan dairələrin istehsalı Sovetlər Birliyi dövründə 1980-ci illərdə geniş vüsət qazanmışdı, saatda 250 kilometr sürətlə hərəkət edə bilən, çətin bölgələrə 200 min ton tutumlu yükləri daşıya bilən proyektlər hazırlanmışdı. Ancaq Sovetlər Birliyinin dağılmasıyla birlikdə proyekt tamamilə unudulmuşdu.