2009-cu il insan haqları müvəkkili haqqında qanuna edilən dəyişikliklərdən sonra bir nəfərə iki dəfə Ombudsman seçilmək hüququ verilib
05-03-2010
Martın 5-də Milli Məclis Elmira Süleymanovanı yenidən Ombudsman seçib. Süleymanova bu vəzifəyə ikinci dəfə 106 səs çoxluğu ilə seçilib. İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə 3 namizəd olub: indiki Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanov.
Azərbaycan qanunvericiliyinə görə Ombusman 7 il müddətinə seçilir. Əvvəlki qanunvericiliyə görə hər bir kəs bir dəfə Ombudsman seçilə bilərdi. Amma 2009-cu il insan haqları müvəkkili haqqında qanuna edilən dəyişikliklərdən sonra bir nəfərə iki dəfə Ombudsman seçilmək hüququ verilib.