Tikinti gələn il yekunlaşdırılacaq və stadion yığmamızın ixtiyarına veriləcək
05-03-2010
Bakıda yeni futbol stadionu 2011-ci ildə istifadəyə veriləcək. Bunu UEFA-nın baş katibi Cianni İnfantino deyib. O, Mərdəkan qəsəbəsində Azərbaycan milli komandası üçün tikilən 5500 yerlik stadionun tikintisinə 2008-ci ildə başlandığını bildirib. Tikinti gələn il yekunlaşdırılacaq və stadion yığmamızın ixtiyarına veriləcək.