Ərazimidə ermənilərin heç bir kütləvi məzarlığı yoxdur
Suriya, Amerikanın CBS telakanalında yayımlanan, 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərə qarşı soyqırımın törədilməsi və indiki Suriya ərazisində ermənilərin kütləvi məzarlığı olması barədə xəbərə sərt reaksiya verib
05-03-2010
Türkiyə mətbuatının məlumatına görə, Suriyanın İnformasiya naziri Muhsin Bilal bildirib ki, telekanal əməkdaşları Suriya ərazisində çəkiliş aparmaq üçün hökumətdən icazə almayıblar.
“Məlumatımız olsaydı, çəkişilişə icazə verməzdik”, deyə nazir bildirib. O qeyd edib ki, proqramda iddia edildiyi kimi Suriyanın Deyr Ezzur bölgəsində heç bir erməni kütləvi məzarlığı yoxdur.
“Deyr Ezzurda belə bir kütləvi məzarlıq yoxdur. Xəbər tamamilə yalandır”, deyə nazir vurğulayıb.
Türkiyənin Şamdakı səfiri Ömər Önhon isə bildirib ki, “İki sümüyün tapılması kütləvi qırğının olması demək deyil".
Xatırladaq ki, ABŞ-ın CBS telekanalında yayımlanan məşhur "60 Minutes" xəbərlər proqramı, qondarma erməni soyqırımı haqqında xüsusi reportaj verib. Aparıcı Bob Simon "soyqırım" sözündən istifadə etməsə də, onun verdiyi şərhlər Konqresdəki kritik səsvermədən əvvəl Türkiyəni çətin vəziyyətə salıb.
Reportajda Suriyanın Deyr Ezzur bölgəsinə diqqət yönəldilib və burada 450 min erməninin öldürüldüyü iddia edilib. "Qətliamın dəlilləri hər yerdədir, dəlilləri tapmaq üçün yalnız torpağı bir az qazmaq lazımdır", deyə bildirilib. Müsahibə verən bəzi ermənilər isə Hitlerin yəhudi soyqırımı üçün 1915-ci hadisələrindən ilham aldığını deyiblər.
"Ermənilərin mağaralarda ölümə tərk edildiyi" iddia edilərək, almanların İkinci Dünya Müharibəsi zamanı yəhudi soyqırımında istifadə etdikləri qaz otaqları üçün bu mağaralardan örnək götürdükləri deyilib.ans