ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
"ANONYMOUS" SARKOZİNİN YOLUNU GEDİR | TANER YILDIZ: TÜRKİYƏ İLƏ İRAN MÜNASİBƏTLƏRİ SON DƏRƏCƏ SƏMİMİDİR | İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA - VƏHDƏT HƏFTƏSİ | İCTİMAİ PALATA 2012-ci İL PLANLARINI ƏKS ETDİRƏN SƏNƏD QƏBUL ETDİ | ABŞ-IN XƏZƏR MARAQLARI REALDIRMI? | DÜNYA TİBB TARİXİNDƏ BİR İLK: BALACA ALLANANIN BİRDƏN-BİRƏ 6 ORQANINI DƏYİŞDİLƏR (video) | FRANSANIN ADDIMLARI TÜRK DÜŞMƏNÇİLİYİNDƏN XƏBƏR VERİR | ƏLİ KƏRİMLİ: "ÖZÜNÜ RÜSVAY ETMƏK İSTƏMİRSƏNSƏ, DOSTLARIMIZI AZAD ETMƏLİSƏN" | MİSİRDƏ GİROV GÖTÜRÜLƏN AMERİKALILAR SƏRBƏST BURAXILIB | "ETİRAZ AKSİYALARI KEÇİRMƏKDƏ İSRARLIYIQ" |

Bizimlə Əlaqə
Foto Xəbər
ENRİKE QOMEZ DE MOLİNANIN HEYRƏTAMİZ TAKSİDERMİYASI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

MİLYONDA BİR RAST GƏLİNƏN XƏSTƏLİKLƏR: ONLAR ARASINDA 4 AYAQLI QADIN DA VAR

Gördükləriniz fotoşop deyil, həqiqətdir

EŞQİN TƏRİFİ

Bu yazını təkcə atam Nemət Pənahlıya deyil, zindandakı bütün haqq mücahidlərinə ithaf edirəm

"ERMƏNİLƏR ÜRƏKLƏRİNİ BUZ KİMİ SAXLASINLAR"

Zərdüşt Əlizadə: "Ermənilər ürəklərini sakit saxlasınlar. Nə qədər ki, Azərbaycanı bu hakimiyyət idarə edir, Q

AZƏRBAYCAN HAKİMİYYƏTİ FRANSAYA XOCALI SOYQIRIMI İLƏ CAVAB VERƏ BİLƏCƏKMİ?

İkram İsrafil: "Fransa parlamentinin məlum qərarının verilməsinə adekvat olaraq, Azərbaycan hakimiyyəti Xocalı soyqırımı ilə

SARKİSYAN VƏ KÖÇƏRYANIN ADLARININ XOCALI QATİLLƏRİNİN SİYAHISINDA OLMAMASININ SƏBƏBLƏRİ BƏLLİ OLDU

Asim Mollazadə: "Prokurorluqdan verilən məlumatda bildirilir ki, həmin şəxslərin cinayətləri sübut olunmayıb və hazırda araşdı

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA - VƏHDƏT HƏFTƏSİ
n İRANDAN TÜRKİYƏNİ NARAHAT EDƏN QƏRAR
n MOSKVADA MİTİNQ İŞTİRAKÇILARININ SAYI 160 MİN OLUB
n BU GECƏ BAKIDA 5-8 DƏRƏCƏ ŞAXTA GÖZLƏNİLİR
n FRANSA SENATININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLƏCƏK
n SUMQAYITDA MƏMUR İŞ OTAĞINDA ÖLDÜ
n "ANONYMOUS" SARKOZİNİN YOLUNU GEDİR
n ƏLİ KƏRİMLİ: "ÖZÜNÜ RÜSVAY ETMƏK İSTƏMİRSƏNSƏ, DOSTLARIMIZI AZAD ETMƏLİSƏN"
n OHAYO ŞTATINDA EVDƏ VƏHŞİ HEYVANLARIN SAXLANILMASI QADAĞAN EDİLİB (video)

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 
 
 
AMERİKADAN TÜRK DÜNYASINA XƏYANƏT
 
 
Erməni layihəsi Konqresin xarici əlaqələr komitəsindən keçdi; Ankara Vaşinqtondakı səfirini geri çağırdı


05-03-2010


Dünən ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi erməni “soyqırımı” haqda qətnamə layihəsini müzakirəyə çıxarıb. Erməni layihəsinin ABŞ Konqresi tərəfindən müzakirəyə çıxarılması artıq birinci dəfədir baş vermirdi və ötən illərdə olduğu kimi bu dəfə də erməni lobbisi bu məsələdən Türkiyəyə qarşı şantaj kimi istifadə etməyə çalışırdı. Ancaq bu il məsələnin daha bir özəlliyi var. Erməni layihəsi ABŞ administrasiyası tərəfindən də Türkiyəyə təzyiq elementi kimi istifadə edilir və bu yolla Ankara Ermənistanla sərhədləri açmağa məcbur edilmək istənir.

Lakin Ankara əvvəldən xəbərdar etmişdi ki, erməni layihəsini Konqresdə müzakirəyə çıxarmaqla Türkiyəni protokolları ratifikasiya etməyə məcbur etmək mümkün olmayacaq, əksinə, bu addım Ermənistan-Türkiyə yaxınlaşması prosesinə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və Ankara-Vaşinqton münasibətlərinə sarsıdıcı zərbə vuracaq.
Dinləmələr ərəfəsində Vaşinqtondan alınan məlumatlar göstərirdi ki, Komitədə erməni layihəsini dəstəkləyənlər çoxluqdadır. Lakin Ankara son anadək Komitənin bu səhv addımdan çəkinəcəyinə ümid edirdi. Bakı vaxtı ilə saat 19-da başlayan dinləmələr ərəfəsində erməni və türk lobbi qrupları Konqres dəhlizlərində intensiv təmaslar quraraq komitə üzvlərinə təsir göstərməyə çalışıblar. Prezident Barak Obama isə son anadək öz münasibətini açıqlamırdı və Konqresi qətnamənin qəbulundan çəkindirmək üçün səy göstərmirdi. Martın 3-də Türkiyə prezidenti Abdullah Gülün Obamaya zəng etdiyi xəbər verilib. Lakin onların danışıqlarının məzmunu və ABŞ prezidentinin erməni layihəsi ilə bağlı mövqeyinin nədən ibarət olduğu açıqlanmırdı. Amerikadakı yəhudi təşkilatları da səslərini çıxarmırdı və bunun səbəbini başa düşmək çətin deyildi. Türkiyə hökuməti və baş naziri neçə vaxtdır İsraillə münasibətləri korlayıb.
Əslində xarici əlaqələr komitəsinin erməni layihəsini təsdiqləməsi ABŞ-ın “soyqırım” iddialarını tanıması mənasını vermir. Bunun üçün layihə Nümayəndələr Palatasında da təsdiqlənməli, daha sonra Konqresin yuxarı palatası olan Senatdan keçməlidir. Yalnız bundan sonra qətnamə ABŞ dövlətinin rəsmi mövqeyini ifadə edə bilər. Bu cür qətnamələrin qüvvəyə minməsi üçün prezidentin imzası tələb olunmur və Konqresin hər iki palatasının mövqeyi əsasdır. Ona görə də aydın idi ki, ABŞ və onun rəhbərliyi üzərində ciddi təsir imkanlarına malik olan erməni diasporu qətnamədən maksimum dərəcədə alver predmeti kimi istifadə edib Türkiyəni Ermənistan qarşısında geri addım atmağa məcbur etmək istəyir.
Müzakirələrə saatlar qalmış Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, hər kəs Ankara-Vaşinqton münasibətlərinin nə dərəcədə əhatəli, regional sülhə və stabilliyə təsir qabiliyyətli olduğunu nəzərə almalıdır: “Bizim mövqeyimiz artıq Konqres üzvlərinə və administrasiyaya bəllidir. Vaşinqtonda olan nümayəndələrimiz mövqeyimizi açıq şəkildə ortaya qoyublar. Dünyanın hansı bölgəsinə nəzər salsanız orada Türkiyə-Amerika münasibətlərinə duyulan ehtiyacı hiss edərsiniz. Ümid edirik ki, bu ehtiyacı Konqresdə də nəzərə alacaqlar”. Davudoğluna görə Türkiyə və ABŞ Minsk Qrupunun üzvləri, Ermənistan və Azərbaycanla bir araya gələrək regiondakı problemləri dostcasına aradan qaldıra bilər. Ona görə də səyləri bu istiqamətə yönəltmək lazımdır. CNN Türk kanalı diplomatik qaynaqlara istinadən xəbər vermişdi ki, rəsmi Ankara Konqresin erməni layihəsini təsdiqləməsi durumunda ABŞ-dakı səfirin geri çağırılması da daxil olmaqla bir sıra cavab addımları atmağı nəzərdə tutur. Davudoğlu bu barədə dəqiqləşdirmə aparmayıb, ancaq təkrar edib ki, hər kəs vəziyyətin nə dərəcədə önəmli olduğunu anlamalıdır.
Komitədə müzakirələrin başlamasına cəmi bir neçə dəqiqə qalmış xəbər yayıldı ki, prezident Obama administrasiyası nəhayət məsələyə müdaxilə edib. Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Mayk Hammer bəyan edib ki, dövlət katibi Hillari Klinton komitənin demokrat sədri Hovard Bermana zəng vuraraq səsvermənin Türkiyə-Ermənistan yaxınlaşması prosesini təhlükə altına alacağı barədə xəbərdarlıq edib. Qeyd edək ki, Hillari Klinton bir neçə gün əvvəl də Komitə üzvləri qarşısında çıxışı zamanı onları layihənin qəbulundan çəkinməyə çağırmışdı.
Gözlənilirdi ki, Obama administrasiyasının müdaxiləsi son anda Komitə üzvlərinin mövqeyinə təsir edəcək. Dinləmələr saat 19.10-da başlayıb və əvvəlcə komitə rəhbəri, “erməni ştatı” kimi tanınan Kaliforniyadan olan konqresmen Berman çıxış etməyə başlayıb. Bu dəqiqələrdə Türkiyə telekanalları Vaşinqton qaynaqlarına istinadən prezident Obamanın Abdullah Gülə zəng etdiyi haqda təcili xəbər yayıblar. Telefon danışığında Obamanın Türkiyəni Ermənistanla imzalanmış protokolların ratifikasiyası üçün “çevik davranmağa” çağırdığı deyilirdi. Ancaq daha sonra Ankaradakı qaynaqlardan dəqiqləşdirilib ki, söhbət Obama ilə Gül arasında yeni deyil, bir gün əvvəl baş tutan telefon danışığından gedir. Həmin telefon söhbəti zamanı Türkiyə dövlət başçısı amerikalı həmkarını erməni layihəsinin Konqresdən keçməsi halında bunun iki ölkə münasibətlərinə vuracağı zərbə barədə xəbərdarlıq edib. Amerika prezidenti isə Türkiyənin Ermənistanla imzalanmış protokolların ratifikasiyası prosesini tezləşdirməli olduğunu bildirib.
Berman isə çıxışında deyib ki, heç bir səbəb Türkiyənin “erməni soyqırımı” həqiqətlərinə gözlərini bağlamasına haqq qazandıra bilməz. O, “soyqırım”ın 20-dən çox ölkə və Avropa Parlamenti tərəfindən tanındığını deyib, Berman əlavə edib ki, insan haqları sahəsində dünya lideri olaraq ABŞ-da bu ölkələrin sırasına qatılmaqla üzərinə düşən əxlaqi məsuliyyəti yerinə yetirməlidir. “Hər millət öz keçmişi ilə hesablaşmalıdır” deyən Berman bildirib ki, Türkiyənin “soyqırım” həqiqətlərini qəbul etməsinin vaxtı çatıb. “Bu, türk xalqı üçün çətin və acı proses olacaq, ancaq sonunda türk demokratiyasını gücləndirəcək və Türkiyə-Amerika münasibətlərini daha da möhkəmləndirəcək. Türklər bu layihənin ikili münasibətlərimiz üçün qorxunc nəticələr doğuracağını deyir, doğrudan da bəlkə bəzi nəticələr olacaq, ancaq Türkiyənin ABŞ-la münasibətlərə ən azından bizim Türkiyə ilə münasibətlərə verdiyimiz önəm qədər önəm verdiyinə inanırıq” deyə Berman bildirib. Konqresmen çıxışında yazıçı Orxan Pamukun 1915-ci il hadisələri haqda sözlərinə görə “ölkəsindən qovulduğunu” da deyib. Berman deyib ki, Türkiyənin baş naziri Ermənistanla imzalanmış protokolların Dağlıq Qarabağ münaqişəsi həll edilmədən həyata keçirilməyəcəyi haqda dəfələrlə bildirib, ona görə də bu məsələdə irəliləmək imkanları qalmayıb. Komitə sədrinə görə Türkiyənin bu şərti “soyqırım” layihəsini təsdiqləməkdən başqa yol qalmadığını göstərir. Dinləmələr zamanı prezident Obamanın layihənin qəbul edilməsinə qarşı olduğu barədə müraciəti də oxunub. Daha sonra fasilə elan edilib və erməni layihəsi üzrə səsvermə Bakı vaxtı ilə 23.15-ə təyin olunub.
Nəhayət təyin olunan vaxtda Komitə üzvləri toplaşıblar və səsvermə başlayıb. Mürəkkəb şəraitdə keçən səsvermə xeyli uzanıb, Bakı vaxtı ilə saat 00.30 radələrinə olan məlumatlara görə Komitə üzvlərindən 22-i layihənin əleyhinə, 20-i lehinə səs vermişdi. Türkiyə telekanalları xəbər verib ki, səsverməni uduzduqlarını görən erməni lobbisi layihənin altına imza atan, lakin iclasa gəlməyən , Ağ Evdə və Nümayəndələr Palatasının iclas zalında olduğu deyilən 4 konqresmeni “ovlamağa” başlayıb. Xeyli səylərdən sonra onlardan 1-ini evindən iclasa gətirmək mümkün olub. Qalanlarını da gətirə bilmək üçün səsvermədə dondurulub. Nəhayət gecə saat 1-ə 15 dəqiqə qalmış səsvermə yekunlaşıb və nəticə ermənilərin xeyrinə olub. Erməni yalanlarından ibarət layihə 23 səs lehinə, 22 səs əleyhinə olmaqla komitədən keçib. Bununla da ABŞ administrasiyası və erməni lobbisi Türkiyəni Qarabağ şərtindən əl çəkməyə məcbur etmək üçün daha bir addım irəli getmiş oldu. Son məlumata görə, Türkiyə layihənin keçməsinə etiraz olaraq ABŞ-dakı səfiri Namiq Tanı geri - məsləhətləşmələrə çağırıb.
Qeyd edək ki, Azərbaycan üçün də həyati əhəmiyyət kəsb edən bu olayı ölkəmizin televiziyaları görməzdən gəldilər. Heç bir TV bu məsələyə xüsusi önəm və diqqət ayırmadı.

F.MƏMMƏDOV/Yeni Müsavat

Bookmark and Share

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

03/02/2012 - 13:43 "ERMƏNİLƏR ÜRƏKLƏRİNİ BUZ KİMİ SAXLASINLAR"

n

02/02/2012 - 17:33 SARKİSYAN VƏ KÖÇƏRYANIN ADLARININ XOCALI QATİLLƏRİNİN SİYAHISINDA OLMAMASININ SƏBƏBLƏRİ BƏLLİ OLDU

n

02/02/2012 - 15:15 "ÖLKƏNİN XARİCİ SİYASƏTİ İLƏ BAĞLI QƏRAR VERƏN İNSANLAR XALQDAN TƏCRİD OLUNUBLAR"

n

01/02/2012 - 15:12 RUSİYADAN ÖLKƏMİZƏ SOSİAL BƏLA GƏLİR!

n

30/01/2012 - 11:56 AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA PROBLEMLƏR VAR

n

27/01/2012 - 14:01 HAKİMİYYƏTİN ƏNDRƏBADİ MÜQAYİSƏLƏRİ

n

27/01/2012 - 13:23 TÜRKİYƏ NƏ ETMƏLİDİR?

n

27/01/2012 - 12:01 NAXÇIVAN KLANININ RƏSUL QULİYEV PLANI

n

24/01/2012 - 17:54 AZƏRBAYCANIN TÜRKİYƏYƏ VƏFA BORCU VAR

n

24/01/2012 - 17:29 AZƏRBAYCAN TƏRƏFİ UDUZA BİLƏR

n

23/01/2012 - 10:25 "QƏBƏLƏ RLS HƏM DƏ TÜRKİYƏYƏ QARŞI YÖNƏLİB"

n

21/01/2012 - 16:01 RAFİQ TAĞININ QƏTLİ BARƏDƏ APARILAN TƏDQİQATIN NƏTİCƏLƏRİ AÇIQLANDI

n

19/01/2012 - 16:12 AVROPA MƏRKƏZİNDƏ OTURAN SARKOZİNİN ORTA ƏSR TƏFƏKKÜRÜ

n

19/01/2012 - 13:39 BİR AYIN İKİ ZİDDİYYƏTLİ ADDIMI

n

10/01/2012 - 18:12 "TÜRKİYƏ HAKİMİYYƏTİNDƏN EHTİYAT EDİRƏM"

n

10/01/2012 - 14:29 ABŞ-ın İRANLA BAĞLI YEGANƏ MƏQSƏDİ!

n

06/01/2012 - 15:40 MDB-nin TALEYİ NECƏ OLACAQ?

n

29/12/2011 - 16:24 2011-Cİ İLİN İQTİSADİ YEKUNLARI; QAZANCIMIZ VƏ İTİRDİKLƏRİMİZ

n

29/12/2011 - 15:05 VƏTƏNDAŞ CƏMİYYƏTİ VƏ VİCDAN AZADLIĞI HAQDA MÜLAHİZƏLƏR...

n

29/12/2011 - 13:29 2011-Cİ İL ƏRƏB TİRANLARININ DEVRİLDİYİ VƏ AVROPANIN BÖHRAN İLİ

n

28/12/2011 - 15:06 "DOVŞAN" BİZİ QOVUB "ƏJDAHA"NIN AĞZINA SALDI

n

28/12/2011 - 13:51 2011 AZƏRBAYCAN DİNDARLARININ YADINDA BELƏ QALACAQ

n

24/12/2011 - 11:05 DEMOKRATİYA ÖZÜNÜ DƏ MƏHV ETMƏYƏ QADİRDİR

n

24/12/2011 - 10:37 AYDIN BALAYEV: BOLŞEVİZM, NİHİLİZM, YOXSA DOQMOSEKULYARİZM?

n

23/12/2011 - 17:01 "HAKİMİYYƏT UŞAQ XƏSTƏLİYİNƏ TUTULUB"

n

22/12/2011 - 16:18 "İŞĞALÇI ELAN ELƏDİYİMİZ TƏRƏFDAŞIMIZ OLA BİLMƏZ"

n

22/12/2011 - 13:07 QARABAĞ ERMƏNİLƏRİ ÜÇÜNCÜ TƏRƏF KİMİ QƏBUL OLUNARSA...

n

20/12/2011 - 17:56 "BƏLKƏ BERNARD FASYEYƏ HEYKƏL QOYAQ?"

n

19/12/2011 - 14:44 YAXIN İLLƏRDƏ ÖLKƏDƏ ÇOX ŞEYLƏR DƏYİŞƏCƏK!

n

17/12/2011 - 13:03 PREZİDENT SEÇKİLƏRİ 2013-CÜ İLDƏN TEZ OLA BİLƏR

n

15/12/2011 - 14:48 HAKİMİYYƏTİN QARABAĞ MARAĞI

n

15/12/2011 - 13:19 İRANDA MÜHARIBƏ OLARSA...

n

13/12/2011 - 10:53 ƏLİMİZƏ RLS-dən QURTULMAQ FÜRSƏTİ DÜŞÜB

n

12/12/2011 - 14:07 RUSİYA İNQİLAB İSTƏYİRMİ?

n

12/12/2011 - 13:23 "KLİNTONA NÖVBƏTÇİ MİLLƏT VƏKİLLƏRİ CAVAB VERƏCƏK"

n

10/12/2011 - 13:13 GÜRCÜSTANIN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR DOLANIR

n

10/12/2011 - 12:07 QARABAĞ PROBLEMİ DEYİLƏN BİR ŞEY YOXDUR!

n

09/12/2011 - 16:51 RUSİYADA ETİRAZ EDƏNLƏR KİMLƏRDİR?

n

05/12/2011 - 10:53 RUSİYANIN "İDARƏ OLUNAN" DEMOKRATİYASI

n

24/11/2011 - 11:08 "TRANSXƏZƏR"İN DÜSTURU: 2+2+1

n

23/11/2011 - 14:29 LƏĞV OLUNMAMIŞ PROBLEM

n

19/11/2011 - 10:34 AVROPA PARLAMENTİNİN QARABAĞ QƏTNAMƏSİ NİYƏ GECİKİR?

n

11/11/2011 - 16:22 AMERİKANIN "DEMOKRATİK SEÇKİ"Sİ EURONEWS BAXIŞI İLƏ

n

10/11/2011 - 13:46 MÜHARİBƏSİZ SÜLH İMKANLARI

n

02/11/2011 - 09:58 BU DA DEMOKRATİYA NÜMUNƏSİ!

n

02/11/2011 - 09:12 "MANAS" BAZASINI AZƏRBAYCANA KÖÇÜRÜRLƏR?

n

27/10/2011 - 17:51 AZƏRBAYCAN QƏRBƏ QAZLA İRƏLİLƏMƏKDƏDİR...

n

26/10/2011 - 16:50 VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...

n

25/10/2011 - 11:25 QƏZZAFİNİ KİM CƏZALANDIRIR?

n

24/10/2011 - 10:26 ERMƏNİLƏR GÜRCÜSTANDA DA "SU BULANDIRIRLAR"

n

17/10/2011 - 13:15 SARKOZİDƏN BİZƏ NƏ QALDI?

n

17/10/2011 - 10:32 PARTİYALAR SİYASİ FONDLARINI YARATSINLAR

n

04/10/2011 - 11:09 SARKOZİ NƏ GƏTİRİR, NƏ APARACAQ?

n

03/10/2011 - 17:52 SİYASƏT, ŞEYTAN, DEMOKRATİYA

n

30/09/2011 - 14:20 "FELLER" "QAFQAZ BAHARI" BARƏDƏ AÇIQLAMA VERDİ

n

22/09/2011 - 15:30 "AZƏRBAYCAN BIĞLA SAQQAL ARASINDA QALIB"

n

14/09/2011 - 16:10 BMT-nin YENİ KORRUPSİYA QANUNU BİZƏ NƏ VƏD EDİR?

n

10/09/2011 - 14:07 İSRAİLİN TÜRKİYƏ PLANININ AZƏRBAYCAN GİZLİNLƏRİ!

n

06/09/2011 - 13:50 TÜRKİYƏ-İSRAİL: DÜŞMƏN, YOXSA TƏRƏFDAŞ

n

06/09/2011 - 12:06 MÜHASİRƏNİ QIRMAĞA İKİ BÖYÜK MANEƏ

n

25/08/2011 - 14:10 "XƏSTƏ ADAMLAR" QİTƏSİ VƏ BİR KABUS SSENARİSİ

n

24/08/2011 - 16:43 1 DOLLAR XƏRCLƏ, 15-20 QAZAN!

n

19/08/2011 - 14:25 TELEKANALLAR VƏ ŞOU-BİZNES ƏHLİ!

n

16/08/2011 - 12:12 ABŞ-ı QORXUDAN CÜTLÜK!

n

15/08/2011 - 16:58 ƏSƏD VƏ DAVUDOĞLU GÖRÜŞÜNÜN PƏRDƏARXASI

n

08/08/2011 - 15:21 SURİYAYA QARŞI VƏHHABİ-QƏRB BİRLİYİ

n

06/08/2011 - 16:48 QONŞUNUN ACLIĞINDAN KİMƏ NƏ?

n

06/08/2011 - 10:15 MEDVEDYEV 3 PREZİDENTİN SİRRİNİ AÇIQLADI

n

05/08/2011 - 17:08 ÖLÜM KOALİSİYALARININ XAÇLI MÜHARİBƏLƏRİ

n

05/08/2011 - 12:39 FİZİKİ MƏHDUDİYYƏTLİ UŞAQLARA QAYĞI VARMI?

n

04/08/2011 - 11:28 SAHİBKARINA 6-7, XARİCƏ İSƏ 1 FAİZLƏ KREDİT VERƏN ÖLKƏ

n

03/08/2011 - 16:22 "SÜLH MƏRAMLILAR AZƏRBAYCAN ÜÇÜN FƏSAD YARADACAQ"

n

02/08/2011 - 15:46 XARİCİ DİASPORAMIZIN HƏQİQİ SİMASI

n

29/07/2011 - 10:36 SOÇİDƏ HƏLLEDİCİ QARABAĞ SAMMİTİ GÖZLƏNİLİR

n

13/07/2011 - 16:28 "JERUSALEM POST": TÜRKİYƏ VƏ İRAN YENİ SUPERGÜCLƏRDİR

n

12/07/2011 - 14:00 DİQQƏT! ÇÖRƏYİN QİYMƏTİ QALXA BİLƏR

n

11/07/2011 - 16:53 AZƏRBAYCAN HAKİMİYYƏTİNİ SUSDURAN AMİLLƏR

n

09/07/2011 - 13:50 AZƏRBAYCAN HÖKUMƏTİNİN SİYASƏTİNDƏ CİDDİ QÜSURLAR VAR

n

29/06/2011 - 13:27 ABŞ-dan AZƏRBAYCANA ŞOK HESABAT - CİNSİ ZORAKILIQ

n

29/06/2011 - 12:52 ERMƏNİLƏRİN "XAÇKAR" XƏSTƏLİYİ

n

25/06/2011 - 16:29 İŞVERƏN

n

25/06/2011 - 14:20 "BELƏ GETSƏ TORPAQLARIMIZ MÜHARİBƏSİZ GERİ QAYTARILACAQ"

n

24/06/2011 - 16:36 PREZİDENTİN NÜMUNƏ GÖSTƏRDİYİ TİROL MODELİ NƏDİR?

n

23/06/2011 - 11:14 AZƏRBAYCANIN MÜXALİFƏTİ VƏ MİLLİSİ

n

23/06/2011 - 10:44 SƏRBƏST İNSANLAR ÖLKƏSİ

n

21/06/2011 - 17:08 PARTİYALAR NECƏ MALİYYƏLƏŞDİRİLSİN?

n

18/06/2011 - 18:11 GEDİŞ HAQQI ARTIMININ GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ

n

16/06/2011 - 11:11 ZİYAFƏT ƏSGƏROVUN MƏSULİYYƏTSİZ BƏYANATI

n

11/06/2011 - 11:51 HİLLARİ XANIM DÜNYANI İDARƏ ETMƏK İSTƏYİR

n

10/06/2011 - 18:04 RUS POLİTOLOQDAN HEYRƏT DOĞURAN AÇIQLAMA

n

10/06/2011 - 11:42 TAKSİ XİDMƏTİNİN İNHİSARLAŞDIRILMASINA " YAŞIL İŞIQ"

n

10/06/2011 - 10:45 ƏRƏB İNQİLABLARI ÜÇÜN MARŞAL PLANI

n

09/06/2011 - 10:33 AZƏRBAYCAN HÖKUMƏTİ ÖHDƏLİKLƏRİNİ YERİNƏ YETİRMİR

n

06/06/2011 - 16:21 ORTA ŞƏRQİN TALEYİNİ HƏLL EDƏN 6 GÜN

n

04/06/2011 - 13:43 AZƏRBAYCANDAKI İNTİHARLARA BAİSKAR KİMLƏRDİR?

n

03/06/2011 - 12:52 İQTİDARIMIZLA MÜXALİFƏTİMİZ BİRLƏŞƏ BİLƏRMİ?

n

02/06/2011 - 10:30 QAZ SİYASƏTİNDƏ YANANLAR

n

01/06/2011 - 17:46 "AZƏRBAYCANDA DEMOKRATIYANI ONLAR POZUR"

n

01/06/2011 - 15:20 FAİZSİZ İPOTEKA KREDİTİ VERİLMƏSİ NƏ DƏRƏCƏDƏ REALDIR?

n

31/05/2011 - 16:39 AZƏRBAYCAN NATO-ya ÜZV OLACAQMI?

Günün Sitatı
ZƏRDÜŞT ƏLİZADƏ
"Hakimiyyətin nəyinə lazımdır ki, müharibə etsin. Qarabağla bağlı boğazdan yuxarı istənilən qədər vətənpərvər şüarlar səsləndirə bilərlər"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net