Faktxəbərin verdiyi məlumata görə, ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin 1915 hadisələrinə bağlı Erməni iddialarının tanınmasını nəzərdə tutan qanunu qəbul etməsi, Ermənistan tərəfindən məmnuniyyətlə qarşılanıb
05-03-2010
Ermənistan Xarici işlər Naziri Edvard Nalbandyan, Reuters agentliyinə verdiyi açıqlamada, "Qərarı böyük bir məmnuniyyətlə qarşıladıq" deyib.
Nalbandyan bildirib ki, "Bu, Amerika xalqının universal insan haqqları dəyərlərinə bağlılığının yeni bir göstəricisi və insanlığa qarşı cinayətlərin qarşısının alınması yönündə əhəmiyyətli bir addımdır".
"ANCA": "Türkiyənin veto gücü yoxdur"
Konqresdə Erməni iddialarını ehtiva edən qanunun qəbul edilməsindən sonra açıqlama verən Amerika Erməni Milli Komitəsi (ANCA) rəhbəri Ken Haçikian deyib ki,, qanunun qəbulunun, Türkiyənin ABŞ Konqresində veto gücü olmadığını göstərir.