ABŞ Nümayəndələr Palatasının Komitəsi "erməni soyqırımı"nı tanıdı!
05-03-2010
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin səsverməsi başa çatdı. Qanun layihəsinin "əleyhinə" 22, "lehinə" isə 23 nəfər səs verib.
Səsvermədən əvvəl Komitə üzvləri məsələyə münasibətlərini bildiriblər. Mayk Penke Türkiyənin ABŞ-ın böyük müttəfiqlərindən biri olduğunu bildirib. O qeyd edib ki, qanun layihəsinə “yox” deyəcək. Mayk Penke Türkiyənin Əfqanıstandakı rolunun önəminə də diqqət çəkib və "İncirlik" hərbi bazasının ABŞ üçün dəyəli olduğunu deyib.
Respublikaçı Maykl T.Makkaul isə qanun layihəsi ilə bağlı mövqeyini belə açıqlayıb: “Keçmişdə bu qanun layihəsini dəstəkləyənlərdən biri idim. Bir irqin yox edilməsindən bəhs edildi. ABŞ Konqresi 25 il əvvəl bir qanun qəbul etmişdi. Mən Türkiyə hökumətinin də bunu qəbul etməsini istərdim. Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması çox önəmlidir. Məncə, ermənilər və türklər keçmiş problemləri öz aralarında müzakirə etməlidirlər. Protokol var və hər iki hökumət bu prosesi davam etdirə biləcək durumdadır. Bu qanun layihəsinin protokolların ratifikasiyasının qarşısını alacağını düşünürəm. Bu qanun layihəsi Ermənistana faydadan çox zərər verəcək. Nəticədə sənəd bizə və əsgərlərimizə də ziyan vuracaq”.
Demokrat Eni Faleomavaqa da Türkiyə ilə Ermənistan arasında müzakirələrə diqqət yetirib. O, Komitə sədri Hovard Bermana sual verib ki, "Danışıqların davam etdiyi bir şəraitdə qanun layihəsinin müzakirəyə çıxarılmasına ehtiyac varmı?".ans
Komitə sədri Hovard Berman da dinləmələr başlayarkən “Türkiyə bizim müttəfiqimizdir” deyib, lakin Türkiyənin soyqırımı iddialarını tanımalı olduğunu bildirib.