Microsoftun böyük ümidlərlə satışa təqdim etdiyi Windows Vista dövrünü başa vurur
04-03-2010
Microsoftun böyük ümidlərlə satışa təqdim etdiyi Windows Vista, Windows XP qədər yayılma şansı qazanmadı. Windows XP, 2000-ci ildən bu yana istifadəçilərin ən məşhur əməliyyat sistemi olmağı bacarsa da, Vista eyni müvəffəqiyyəti göstərə bilmədi. Vistadan sonra Windows 7-lə istifadəçilərin qarşısına çıxan Microsoft, Windows Vista distribyutorlarına olan dəstəyini çəkəcəyini bildirib. Bu qərarın qüvvəyə minməsiylə birlikdə isə Vista istifadəçiləri artıq əməliyyat sistemlərini yniləyə bilməyəcək və dolayısilə istifadəçilərin kompüterləri virus təhdidinə qarşı müdafiəsiz hala gələcək.
Microsoft tərəfindən Service Packsız Vistanın (RTM) dəstəyi 13 apreldə sona çatdırılacaq. Bu tarixdən sonra Windows Vista dəstəyi ala bilmək üçün ən azından SP1 paketindən istifadə etmək lazım gələcək.
Windows XP SP2 və Windows 2000-nin texniki dəstəyi 13 iyulda sona çatacaq. Windows Server 2003 isə uzadılmış dəstəyə keçir; yəni şirkətlər puluyla texniki dəstək almağı davam etdirəcək.
Beləliklə Microsoft asta-asta köhnə əməliyyat sistemlərini tədavüldən çıxararaq, Windows 7 və sonrasına yol açır.