Faktxəbərin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Çanaqqala vilayəti Gelibolu rayonunda istefada olan bir zabit intihar edib
04-03-2010
Türkiyə Çanaqqala vilayəti Gelibolu rayonunda istefada olan bir zabit intihar edib.
İstefada olan 60 yaşlı zabit Əhməd Neyiğit tapança ilə başına bir dəfə atəş açaraq özünü öldürüb. Hüquq-mühafizə orqanları Əhməd Neyiğidin intihar etməsinin səbəblərini araşdırır.
Xatırladaq ki, ötən həftə (23 fevral) Çanaqqala vilayəti Gelibolu rayonunda yaşayan daha bir istefada olan zabit ailəsini öldürdükdən sonra intihar etmişdi.