ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İBRAHİM İBRAHİMLİ PREZİDENT ADMİNİSTRASİYASININ İTTİHAMLARINA CAVAB VERDİ | OLLANDIN İLK GÖSTƏRİŞİ MƏMURLARIN ÜRƏYİNCƏ OLMADI | TOVUZDA DƏHŞƏTLİ OLAY | BÖYÜK BRİTANİYADA HƏRBİ PRARAD OLACAQ | AMERİKALI QADINDAN ORİJİNAL BOŞANMA ETİRAZI | RUSLAN BƏŞİRLİ AÇIQLAMASI İLƏ KEÇMİŞ HƏYATINI İNKAR ETDİ | SABAH HAVA NECƏ OLACAQ? | PUTİN "MUJİK"İ PREZİDENT NÜMAYƏNDƏSİ TƏYİN ETDİ | MÜSƏLMAN ZƏVVARLAR AVTOBUSDA DİRİ-DİRİ YANDILAR (video) | VENESUELADA HƏRBİ VERTOLYOT QƏZAYA UĞRAYIB |

Foto Xəbər
TƏYYARƏ PƏNCƏRƏSİNDƏN ÇİN MƏNZƏRƏSİ
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

QARABAĞ ALYANSI AZƏRBAYCAN HAKİMİYYƏTİ QARŞISINDA TƏLƏB QOYDU

"Bizə özünü unutmuş Azərbaycan yox, öz tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmış Azərbaycan

AİP LİDERİ MÖVSÜM SƏMƏDOV AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ

"Gərək evlərimizin qapılarına qara bağlayaraq, ailə və övladlarımızın üzünə çıxmayaq"

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ "GEY PARAD"LA ƏLAQƏDAR AÇIQLAMA VERDİ

"Rəsmi səviyyələrdən bizə məlumdur ki, Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyə

VƏRƏMLİ ƏSGƏR HƏRBÇİLƏRƏ YEMƏK PAYLAYIR

"Ortancıl oğlum Şəfəqqətov Faiq isə 3 il vərəm xəstəliyindən müalicə alıb və hazırda Astara Rayon vərəm d

"EUROVİSİON" BARƏDƏ DAHA BİR DƏHŞƏTLİ FAKT!

"Xəstəxanalara xəstə qəbul etməmək tapşırığı verilib"

Sorğu

ÖLKƏMİZDƏ GEYPARADIN KEÇİRİLMƏSİNƏ NECƏ BAXIRSINIZ?

YAXŞI
FƏRQ ETMƏZ
BİABIRÇILIQDIR

Nəticələr

Ən Çox Oxunanlar

n BU GÜNDƏN BAKININ MƏRKƏZİ KÜÇƏLƏRİ BAĞLANIR - (Siyahı)
n NAZİRLİK TELEFON ALMAQ İSTƏYƏNLƏRƏ MƏSLƏHƏT VERDİ
n MÜSƏLMAN ZƏVVARLAR AVTOBUSDA DİRİ-DİRİ YANDILAR (video)
n OĞURLANMIŞ JURNALİSTİN CƏSƏDİ TAPILDI
n "EUROVİSİON"A GÖRƏ DƏRSLƏR BİR HƏFTƏ TƏTİL EDİLDİ
n BAYILDA AVTOBUS VƏ 2 AVTOMOBİL TOQQUŞUB, ÖLƏN VƏ YARALANAN VAR
n ƏRDOĞANIN FOTOQRAFI ÖLDÜRÜLDÜ
n RUSLAN BƏŞİRLİ AÇIQLAMASI İLƏ KEÇMİŞ HƏYATINI İNKAR ETDİ
n İSTANBUL BAKININ GÜNÜNƏ DÖNDÜ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
Ağ quş (nağıl)
 
 
Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca adil və ağıllı padşah idi


03-03-2010 / 14:16


Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca adil və ağıllı padşah idi. Hamı onu çox sevirdi, bircə vəzirdən başqa. Vəzir gecə-gündüz yatmayıb onu necə öldürmək, yerinə necə keçmək barədə düşünürdü. Günlərin bir günündə o əlaltıları ilə birlikdə padşaha qəsd elədi və onun yerinə keçdi. Vəzir padşahın nəslindən bir nəfəri də sağ buraxmayacağına söz vermişdi. Bu məqsədlə də öz adamlarına padşahın yeganə oğlunu da öldürməyi tapşırdı. Padşahın arvadı oğlunu da götürüb qulluqçularla yaylağa getmişdi, ərinin öldürüldüyündən bixəbər idi. Vəzirin adamları onun alaçığına hücum edəndə işin nə yerdə olduğunu anladı, dedi:
   - Binamuslar, yəni siz o qədər qudurmusunuz ki, öz padşahınızın arvadına hücum edirsiniz?
   Vəzirin adamları qülüb dedilər:
   - Nə padşah, nə zad? Sən artıq padşah arvadı deyilsən, ərin çoxdan o dünyadadır. İndi gəlmişik səni də, oğlunu da onun yanına göndərək. Padşahın arvadı məsələni başa düşdü, ancaq yenə də qaçıb canını qurtarmaq çalışdı. Uşağı da götürüb, alaçıqdan çıxıb qaçmağa üz qoydu. Gəlib bir sıldırım qayanın başına çatanda gördü ki, burdan o yana yol yoxdur, onsuz da vəzirin adamları onu öldürəcəklər. Ancaq körpə oğlunun düşmən əlinə keçməməsi üçün onu sıldırım qayadan atdı. Xainlər padşahın arvadını öldürdülər, uşağın ölmüş olduğunu zənn edib dalınca dərəyə düşmədilər.
   Həmin padşahın bir qardaşı var idi. Vəzir neçə dəfə onun üstünə adamlarını göndərib öldürtmək istəmişdisə də , bir şey çıxmamışdı. Padşahın qardaşı başına bir dəstə adam yığıb dağlara çəkilmişdi. Bir dəfə onun adamlardan biri dərədəki aslan yuvasının qarşısında oynayan bir uşağa rast gəldi, uşağı götürüb padşahın qardaşının yanına apardı. Padşahın qardaşı baxdı ki, uşağın biləyində bir bazubənd var. Bazubəndi oxuyub onun öz qardaşı oğlu olduğunu bildi. Uşağı götürüb bağrına basdı, şir südü ilə bəsləndiyinə görə adını Şirzad qoydu. Vaxt keçdi, vədə dolandı, Şirzad gəldi on beş yaşına çatdı. Bu vaxta qədər onun əmisinin dəstəsi böyüyüb qüvvətlənmişdi. Bir gün əmisi Şirzadı, öz iki oğlunu yanına çağırıb dedi:
   - Övladlarım, artıq vəzirdən qardaşımın və bütün nəslimizin qilasını almaq vaxtı yetişib. Yaraqlanın, döyüşə gedirik. Oğlanlar ədəblə təzim edib, onun dediyi kimi döyüşə hazır vəziyyət aldılar. Vəzirin şəhərinə hücum edib, taxtı ələ keçirdilər, vəziri bütün şəhər əhli qarşısında edam etdilər. Şirzadın əmisi padşah oldu. Şirzadın əmisi oğlanları atalarının Şirzada olan məhəbbətinə həsəd aparırdılar. Bunu hiss edən padşah bir gün balalarının üçünü də yanına çağırıb dedi:
   - Mən bilirəm ki, siz üçünüz də məni çox istəyirsiniz. Mən də sizin üçünüzü də eyni dərəcədə çox istəyirəm. amma içərinizdə ən igid olanı mənim sağ əlim olacaq, buna görə də siz gərək öz igidliyinizi sübut edəsiniz.
   Oğlanlar hamısı bir ağızdan sual verdilər:
   - Bunun üçün nə etmək lazımdır?
   Padşah dedi:
   - Mən bir şərt kəsirəm – kim mənim atımın ayağı dəymədiyi yerdən, mənim görmədiyim, bilmədiyim bir şeyi gətirib gəlsə, aranızda ən igidi odur.
   Padşahın böyük oğlu baş əyib səfərə çıxmaq üçün icazə istədi. Padşah ona yol xərci verib, yola saldı. Oğlan iki ay gecə-gündüz yol getdi. Bir gün böyük oğlan baxdı ki, atının ayağın altında nə isə parıldayır. Götürüb gördü ki, bu böyük bir ləldir. Öz-özünə düşündü ki, əgər atam bu yerlərdən keçmiş olsaydı, yəqin ki, bu ləli götürərdi. Odür ki, daşı götürüb geri qayıtdı. Padşah dəbdəbə ilə oğlunun pişvazına çıxdı. Oğlan gətirdiyi ləli xonçaya qoyub atasına təqdim etdi. Atası lələ baxıb dedi:
   - Şəhərin kənarında kahada mənim qırx otağım var. Apar bunu birinci otağa qoy.
   Oğlan gedib kahadakı birinci otağı açanda gördü ki, bu otaq həmin ləllərlə doludur.
   Əlqərəz, indi də növbə gəldi ortancıl oğula. O da atası ilə sağollaşıb səfərə çıxdı, düz üç ay yol gedəndən sonra bir meşəyə rast gəldi. Meşədəki ağacların üstü qızıl meyvələrlə dolu idi. Həmin meyvələrdən bir heybə doldurub atasına gətirdi. Atası onun gətirdiyi meyvələrə baxıb dedi:
   - Apar bu meyvələri kahadakı ikinci otağa qoy.
   Ortacıl oğul ikinci otağı açanda gördü ki, bu otaq həmin meyvələrlə doludur.
   Növbə çatdı Şirzada. Şirzad ədəb-ərkanla gəlib əmisinin əlini öpüb dedi:
   - Əmi, icazə ver, mən səfərə sənin atınla çıxım.
   Padşah razılıq verdi. Şirzad əmisinin atını minib yola düşdü. Altı ay yol getdi, yeddinci aya dönəndə birdən at dayandı, dönüb arxaya baxdı, kişnədi. Şirzad başa düşdü ki, at burdan o yana getməyib. Başladı yavaş-yavaş yolunu davam etməyə. Bir qədər getmişdi ki, gördü yerdə nəsə yanır. Götürüb baxdı ki, bu öz-özünə yanan bir çıraqdır. Çırağın üstünə bu sözlər yazılmışdı: “Ay bu çırağı tapan, yer üzündə bu çıraqdan iki dənədir”. Şirzad fikirləşdi ki, bunun o biri tayını da tapmamış dönən deyiləm. toqqasının altını bərkidib yola düşdü.
   Az getdi, üz getdi, gəlib bir şəhərə çatdı. Karvansaraya gəlib özünə bir otaq kirələdi. Axşam bunun mənzilinə bir nəfər də gəldi. Xurcunundan bir çıraq çıxardıb yandırdı. Şirzad baxdı ki, elə bu onun tapdığı çırağın tayıdır. Şirzad qonaqla tanış oldu, öz əhvalatını ona danışıb dedi:
   - Qardaş, gəl sən o çırağı ver mənə.
   Qonaq dedi:
   - Burdan bir az aralıda divlər yaşayırlar. Onların çox gözəl göyərçinləri var. Əgər həmin göyərçinlərdən bir cütünü mənə gətirsən, çırağı sənə verərəm.
   Şirzad razı oldu. Yolu ondan öyrəndi, tezdən atına minib yola düzəldi. Gedib həmin yerə çathaçatda arxadan səs eşitdi. Dönüb baxdı ki, onu çağıran bir ağ quşdur. Ağ quş dedi:
   - Şirzad, o adam səni ölümə göndərir. Divlər o göyərçinləri atalarından çox istəyirlər. Sən gərək divləri yuxuya verəndən sonra göyərçinləri götürəsən. Amma bax ha, tamah sənə güç eləməsin, bir cütdən artıq götürmə.
   Şirzad qala divarını aşıb içəri, göyərçinlərin yanına çatdı. Gördü ki, bunlar elə gözəl göyərçinlərdir ki, iki göz istəyir tamaşasına dursun. Əlini atıb bir cütünü tutdu. Nə qədər elədi, ayaqları dönmədi, elə ikinci cütü tutmaq istəyirdi ki, quşlar buna bənd imiş kimi səs-səsə verib elə haray saldılar ki, gəl görəsən! Divlər oyanıb Şirzadı tutdular. Şirzad əhvalatı onlara danışdı. Onlar dedilər:
   - Biz sənə quşlardan bir cütünü verərik, amma bu şərtlə ki, buradan bir az aralada yaşayan divlərin bağındakı üzümdən bir səbət bizə gətirəsən.
   Şirzad atını minib yola düşdü. Bir az getmişdi ki, həmin divlərin qərsinə çatdı. Bu vaxt yenə arxadan quşun səsi eşitdi:
   - Şirzad, mənim məsləhətimə qulaq asmadın, başını bəlaya saldın. Bu dəfə qulaqlarını aç, yaxşı-yaxşı eşit. Nəbadə ikinci səbəti götürəsən. Şirzad yenə divləri yuxuya verib onların qərsinə girdi. Sürünə-sürünə üzüm anbarına gəldi. Gördü ki, anbar üzüm səbətləri ilə doludur. Ağzı sulandı, səbətin birini qabağına çəkib yeməyə başladı. Səbət boşalan kimi yenə üzümlə doldu. Şirzad səbətin birini götürüb çıxmaq istəyəndə, yenə tamah ona güc gəldi. Dedi:”Ey dili-qafil, heç insafdırmı ki, bu üzümdən bircə salxım da əmimə aparmayım?” Bu fikirlə əlini ikinci səbətə uzadanda bütün səbətlər qışqırmağa başladılar: ”Ay aman, qoymayın, anbara oğru girib”. Səs-küyə divlər oyanıb gəldilər. Şirzad əhvalatı olduğu kimi onlara danıştı.
   Divlərin böyüyü dedi:
   - Buralarda bir ağ div yaşayır, onun gözəl bir qızı var. Mən o qızın dərdindən dəli-divanəyəm. Əgər gedib o qızı mənə gətirsən, sənə bir səbət üzüm verərəm.
   Şirzad onlardan ayrılıb yenə yola düzəldi. Ağ divin qəsrinə çatanda yenə arxadan quşun səsini eşitdi:
   - Ey tamahkar insan, sən bu dəfə ölümə gedirsən. mənim dediklərimə yaxşı-yaxşı qulaq as. Ağ divin qızı bu saat yeddi günlük yuxuya gedib. Yeddi günlük yuxuya gedəndə o saçlarından çarmıxa çəkilmiş olur. Sən gərək ağ divin tövləsindəki kəhər atı minəsən, sonra qızı yerindən qaldırasan. Əgər qaldıra bilməsən, daşa dönəcəksən. Şirzad hasarı aşıb tövləni tapdı. Tullanıb kəhər atın belinə mindi, birbaş ağ divin qızı yatdığı yerə sürdü. Gördü ki, bu elə gözəl qızdır ki, yemə, içmə, xətti-xalına, gülcamalına tamaşa elə. Əyildi, əlini saldı qızın belinə, nə qədər güc verdisə, qızı qaldıra bilmədi. Qurşağacan daş oldu. Yenə güc verdi, qızı qaldırdı. O saat daş əridi. Qızı aldı atın tərkinə, yoluna davam elədi. Arxadan cürbəcür əcaib səslər eşidilirdi, amma Şirzad çevrilib baxmadı. Bir azdan qız ayıldı, nə qədər elədisə Şirzad onu buraxmadı, qız sakitləşib dayandı.
   Bir az beləcə getmişdilər ki, elə tufan qopdu ki, gəl görəsən. Şirzad istədi atdan düşüb daldalana. Amma bu vaxt ağ quş caynağında qılıncla peyda oldu. Şirzadı atdan düşməyə qoymadı. Şirzad düz iki saata yaxın qiyamətdə yol getdi. Sonra tufan yatdı. Bir az getmişdilər ki, Şirzad gördü çəmənlikdə belində qızıl yəhər olan bir at otlayır. Şirzad istədi yaxınlaşıb atı tuta, amma bu əsnada ağ quş yenə ildırım kimi sığıyıb atı qovdu. Şirzad ağ quşun bu hərəkətlərinə hirsləndisə də dinmədi. Əlqərəz, bu minvalla gəlib çatdılar üzümü olan divlərin qalaçasına. Ağ quş Şirzada dedi:
   - Şirzad, mən görürəm sənin bu qızdan xoşun gəlir, onu divlərə vermək heç kişilikdən deyil.
   Şirzad soruşdu:
   - Bəs nə edim?
   - Məni apar, bu qızın yerinə divlərə ver, üzümü götür, dalısı ilə işin yoxdur.
   Ağ quş bunu deyib həmin qızın cildinə düşdü. Şirzad onu aparıb divlərə verdi. Qayıtdı, qızı da, üzüm səbətini də götürüb yola düşdü. Bir az getmişdi ki, gördü ağ quş qabağındadır. Bu dəfə də onu üzüm yerinə divlərə verdi. Göyərçinləri aldı, karvansaraya gəldi. Burada çırağı olan adama ağ quşu göyərçin əvəzinə verib, çırağı aldı, əmisinin vilayətinə tərəf getməyə başladı. Şəhərə çatanda bir kişi onu səsləyib dedi:
   - Harda qalmısınız, gəlin çıxın da!
   Baxdı ki, bu da ağ quşdur. Əmisi Şirzadın gəldiyini bildi, onu təntənə ilə pişvaz elədilər. Əmisi onun gətirdiklərinə baxıb alnından öpdü və dedi:
   - Afərin oğlum, sən mən deyəni tapıb gətirdin.
   Şirzadla qıza qırx gün, qırx gecə toy elədilər. Şirzad toy gərdəyinə girəndə ağ quş iki ayağını bir başmağa dirədiki, mən də səninlə gedirəm. Şirzad çox dedi, ağ quş az eşitdi, nəhayət, ağ quş dediyindən dönmədi. Səhər tezdən Şirzad əmisinin yanına gəldi, gecəki əhvalatı danışıb dedi:
   - Əmi, mən istəyirəm ki, sən ağ quşu bu məmləkətdən qovasan.
   Əmisi dedi:
   - Niyə ki, ay bala? Axı o sənə çox yaxşılıqlar eləyib.
   Bu söhbəti eşidən ağ quş dedi:
   - Şirzad, de görüm mən sənə nə pislik eləmişəm?
   Şirzad dedi:
   - Məni tufanda, qiyamətdə atdan düşüb, daldalanmağa qoymadın, qızıl yəhərli atı tutmaq istəyirdim, qoymadın, bu gecə də ki, belə.
   Ağ quş dərindən bir ah çəkib dedi:
   - Tufanda səni ona görə yerə düşməyə qoymadım ki, o tufan qızın atası idi, atdan düşən kimi səni öldürəcəkdi. Nə qədər ki, sən atın üstündəydin, o sənə bata bilmirdi, - bunu deyib üzünü qıza çevirdi, - düzdür, ya yox?
   Qız başı ilə “hə” cavabı verdi.
   Ağ quş sözünə davam elədi:
   - O qızı yəhərli at qızın əmisi idi, sən əlini ona vuran kimi yıxıb atdan yerə salacaqdı, düzdür?
   Qız yenə onun dediyini təsdiqlədi.
   - Bu gecə ona görə sənin otağında yatdım ki, qızın qardaşı ağ ilan olub, səni öldürməyə gəlmişdi. Gecə sən yuxuda olanda mən o ilanı öldürmüşəm, düzdür?
   Qız yenə onun dediyini təsdiqlədi. Ağ quş iri bir ilan cəmdəyini atdı ortalığa. Sonra yenə dərindən bir ah çəkib dedi:
   - Mənim alnıma yazılmışdı ki, mən gərək bir adama kömək edəm.
   Əgər o adam mərd çıxsa, ona gedəm, əgər namərd çıxsa öləm. İndi mənim vaxtım tamamdı.
   Bunu deyib ağ quş dönüb daş oldu. Hamı peşman oldu, amma sonrakı peşmançılıq fayda verməz. Şirzadın namərdliyi onu daşa döndərdi!

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

15/05/2012 - 16:17 "PEPEE" MƏHKƏMƏYƏ VERİLDİ

n

15/02/2012 - 13:49 AİLƏLƏRDƏ ZORAKILIĞA MƏRUZ QALAN UŞAQLARIN NƏZƏRİNƏ!

n

25/11/2011 - 16:52 UŞAQLAR SÖYÜŞÜ EŞİDƏRƏK ÖYRƏNİRLƏR

n

19/11/2011 - 14:56 ƏKİZ UŞAĞININZ VARSA?

n

09/11/2011 - 13:05 DÜNYA ƏHALİSİNİN 10%-İ SOLAXAYDIR

n

01/11/2011 - 18:01 OYUNCAQLAR UŞAĞIN PEŞƏ SEÇİMİNİ MÜƏYYƏNLƏŞDİRİR

n

24/10/2011 - 17:36 UŞAQLARIN BOYUNU UZADAN QİDALAR

n

30/09/2011 - 16:46 3 YAŞINDAN ƏVVƏL DİŞLƏR FIRÇALANMAZ

n

29/09/2011 - 11:04 MOBİL TELEFONLAR UŞAQLARI KOR EDİR

n

18/08/2011 - 13:47 UŞAQLAR ANA ATALARINDAN NƏ GÖZLƏYİR?

n

29/06/2011 - 16:23 ATA SƏNƏ EHTİYACIM VAR!

n

08/06/2011 - 17:58 UŞAQLARINIZA "BUNU ET HƏDİYYƏ ALACAĞAM" DEMƏYİN!

n

23/05/2011 - 17:43 "CAİLLOU" CİZGİ FİLMİ BARƏDƏ PEDAQOQ NƏZƏRİ

n

20/05/2011 - 16:07 İŞTAHSIZ UŞAĞA YEMƏK VERMƏYİN 6 ASAN YOLU

n

12/04/2011 - 16:48 ƏGƏR BİR UŞAQ...

n

22/12/2010 - 15:28 SEVİNƏN KİMİ ÜRƏYİ DAYANACAQ

n

18/11/2010 - 15:51 UŞAQLAR ÜÇÜN "QURBAN BAYRAMI" ŞƏNLİYİ

n

18/10/2010 - 17:46 Körpələr necə qidalanmalıdır?

n

23/09/2010 - 13:28 CİZGİ FİLMİ - KALYOU HEYVANLARLA TANIŞ OLUR (VİDEO)

n

30/08/2010 - 16:18 ÖVLAD TƏRBİYƏSİNDƏ 7 MÜHÜM MƏQAM

n

27/08/2010 - 15:03 SEVGİ İLƏ DOLU ANA SƏLİQƏSİ - FOTOQALERİYA

n

25/08/2010 - 11:22 Bakıda ana 4 körpə dünyaya gətirib

n

23/08/2010 - 16:45 UŞAQLAR ÜÇÜN CİZGİ FİLMİ - AC GÖZLÜK (VİDEO)

n

21/08/2010 - 13:43 UŞAQLAR ÜÇÜN CİZGİ FİLMİ - HİLAL (VİDEO)

n

19/08/2010 - 12:19 UŞAQLAR ÜÇÜN CİZGİ FİLMİ - UPİN VƏ İPİN (VİDEO)

n

18/08/2010 - 11:53 UŞAQLAR ÜÇÜN CİZGİ FİLMİ - BAYRAM (VİDEO)

n

17/08/2010 - 17:03 UŞAQLAR ÜÇÜN CİZGİ FİLMİ - ƏRƏFƏ (VİDEO)

n

16/08/2010 - 11:14 UŞAQLAR ÜÇÜN CİZGİ FİLMİ - İLAHİ NEMƏT (VİDEO)

n

14/08/2010 - 11:45 RAMAZAN AYI, UŞAQLAR ÜÇÜN CİZGİ FİLMİ - 2 (VİDEO)

n

13/08/2010 - 12:43 UŞAQLAR ÜÇÜN CİZGİ FİLMİ - RAMAZAN AYI BAŞLAYIR (VİDEO)

n

09/08/2010 - 15:18 Günlərin bir günündə - Azərbaycan cizgi filmi (VİDEO)

n

09/08/2010 - 14:55 CİZGİ FİLMİ - KALYOU SAHİLDƏ (VİDEO)

n

30/07/2010 - 16:56 CİZGİ FİLMİ - ÇOX SEVİMLİ KALYOU (VİDEO)

n

30/07/2010 - 16:50 CİZGİ FİLMİ - SƏN NƏ BALACASAN (VİDEO)

n

07/07/2010 - 16:31 UŞAQLAR ÜÇÜN CİZGİ FİLMİ - "NU POQODİ" (VİDEO)

n

24/06/2010 - 17:34 HABİL VƏ QABİL - CİZGİ FİLMİ (VİDEO)

n

17/06/2010 - 17:34 AZƏRBAYCAN CİZGİ FİLMİ - CIRTDANIN YENİ SƏRGÜZƏŞTLƏRİ (VİDEO)

n

14/06/2010 - 13:19 UŞAQLAR ÜÇÜN CİZGİ FİLMİ - TIX-TIX XANIM (VİDEO)

n

09/06/2010 - 16:45 UŞAQLAR ÜÇÜN CİZGİ FİLMİ - TOPLAN VƏ KÖLGƏSİ (VİDEO)

n

04/06/2010 - 13:16 "Şrek - Sonsuza qədər xoşbəxt"

n

19/05/2010 - 12:50 UŞAĞINIZ YALAN DANIŞIRSA...

n

03/03/2010 - 14:16 Ağ quş (nağıl)

n

17/11/2009 - 19:06 UŞAQLARDA "KİLO" PROBLEMİ

n

17/11/2009 - 18:42 Uşaqlarınızı qazan yeməyiylə böyüdün

n

14/11/2009 - 20:21 Həzrət Yusif Peyğəmbər (Cizgi filmi)

n

22/10/2009 - 15:25 Uşaqlarınız neçə saat yatır?

n

29/09/2009 - 22:51 Plastilinlərdəki təhlükəyə diqqət edin

n

18/09/2009 - 22:30 NAMAZIN QILINMA QAYDASI

n

18/09/2009 - 22:13 "Şapka nevidimka"

n

18/09/2009 - 22:09 SONRAKI PEŞMANÇILIQ

n

18/09/2009 - 00:18 XEYİR VƏ ŞƏR

n

18/09/2009 - 00:10 TOPLAN VƏ KÖLGƏSİ

n

12/09/2009 - 13:20 Oruc bala

n

26/08/2009 - 14:55 Yuxusuzluq, müvəffəqiyyətsizlik gətirir

n

20/08/2009 - 17:43 Allahı axtaran balanın hekayəsi

n

18/08/2009 - 19:49 Cizgi filmlərinə diqqət edin

n

17/08/2009 - 16:40 Uşaqlarımız və internet

n

15/08/2009 - 21:08 Uşaqlara nə qədər meyvə şirəsi vermək olar?

n

15/08/2009 - 21:06 Uşaqlarda xoşagəlməz hərəkətlər

n

15/08/2009 - 18:36 Gənc analara məsləhətlər

n

15/08/2009 - 16:42 Ana südü müvəffəqiyyəti artırır

n

15/08/2009 - 16:40 UŞAQLARIN TƏRBİYƏSİNDƏ İNCƏ BİR NÖQTƏ

n

15/08/2009 - 16:36 Daha bir ziyanı aşkar olundu

n

12/08/2009 - 17:13 Saleh Peygəmbər (ə) və Səmud qövmü (III hissə)

n

12/08/2009 - 19:10 Saleh Peygəmbər (ə) və Səmud qövmü (II hissə)

n

12/08/2009 - 19:04 Saleh Peygəmbər (ə) və Səmud qövmü (I hissə)

n

12/08/2009 - 18:51 Uşaq ağladı deyə -cizgi filmi


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
ARİF YUNUS
"Nəyə görə, Azərbaycan dövlət rəsmilərinin Dağlıq Qarabağa getməsi etirazla qarşılanmır? Faktiki olaraq dövlət rəsmiləri Dağlıq Qarabağa rəsmi səfər ediblər"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.