2006-cı ildə aparılan cib telefonlarıyla beyin şişi arasında əlaqə olduğunu göstərən araşdırma insanlarda bu sahədə narahatçılığı artırdı
03-03-2010
2006-cı ildə aparılan cib telefonlarıyla beyin şişi arasında əlaqə olduğunu göstərən araşdırma insanlarda bu sahədə narahatçılığı artırdı. Məhz buna görə, cib telefonlarına beyin xərçəngi yarada biləcəyi istiqamətində xəbərdarlıq yazısı yerləşdirilməsi planlaşdırılır.
ABŞın Maine ştatı məclisi, cib telefonlarına beyin xərçəngi yarada biləcəyi istiqamətində xəbərdarlıq yazısı qoymağı təklif edib.
"Uşaqları Kabelsizlərdən Qoruma Qanunu" adlı qanun dünən ştat senatı və nümayəndələr məclisinin Sağlamlıq və İnsan Xidmətləri Komitəsində birgə müzakirə edilib. Komitənin keçirəcəyi başqa yığıncaqlardan sonra qanunun qəbul edilib-edilməyəcəyinə qərar veriləcək.
Qadağa qanunu, İsveç İş Həyatı Milli İnstitutunun 2006-cı ildə apardığı və cib telefonlarıyla beyin şişi arasında əlaqə olduğunu göstərən araşdırmadan sonra demokrat Andrea Boland tərəfindən hazırlanıb.
Qanunun qəbul edilməsi halında, Mainedəki cib telefonu satıcıları telefonların və ya paketlərinin üzərinə, cihazların yaydığı elektromaqnetik radiasiyanın zərəri mövzusunda, xüsusilə uşaqlar və hamilə qadınlara istiqamətli xəbərdarlıq yazıları qoymaq məcburiyyətində qalacaq.
San Francisco bələdiyyəsi də cib telefonlarına xəbərdarlıq yazısı qoymağı planlaşdırır.