"Qalatasaray"ın çex ulduzu Milan Baros, 7 həftə əvvəl etdirdiyi əməliyyatdan sonra hələ də müalicə olunduğunu, ancaq 2 həftə sonra komandaya qatılacağını söyləyib
03-03-2010
FaktXəbərin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniyada təxminən 7 həftə əvvəl əməliyyat olunan Baroş, ''Müalicəm davam edir. Hazırki vəziyyətimə görə, 2 həftə sonra komandaya qoşula bilərəm. Məşqlərə başlamışam. Fiziki olaraq hazırlıqlı olmalıyam'' deyə söyləyib.
Futboldan 4 aydır uzaq olduğunu bildirən Baroş, ''Futbolda inam çox əhəmiyyətlidir. O inamı təkrar qazanmaq lazımdır. Jo və Dos Santosun bu gün göstərdikləri performans çox yaxşı səviyyədədir. Bəlkə ilkin olaraq ehtiyatda otura bilərəm" deyə qeyd edib.
Sarı-qırmızılı futbolçu, fiziki olaraq özünü hazır hiss edəcəyi halda, "Fənərbaxça" ilə oyunda forma geymək istədiyini söyləyib.