ABŞ, Talibana qarşı istifadə etmək məqsədiylə 1000 ədəd raketi Pakistana göndərir
03-03-2010
FaktXəbərin verdiyi məlumata görə, ABŞ, Pakistana tayfalar bölgəsindəki Talibana qarşı istifadə etmək məqsədiylə F-16 döyüş təyyarələrinə montaj edilə biləcək min ədəd lazerlə idarə olunan raket göndərəcəyini açıqlayıb.
Bu barədə ABŞ Hava Qüvvələri komandiri Michael Donley açıqlama verib. O bildirib ki, sözügedən məsələ ilə bağlı qərar Pakistan Hava Qüvvələri komandiri Rao Kamar Süleymanla dekabr ayında keçirilən görüşdə verilib.