Bu gün gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin apelyasiya şikayətinə baxılacaq.
03-03-2010
Son məhkəmə iclasında müdafiə tərəfinin vəkilləri məhkəmə tərkibinə etiraz etdikdən sonra məhkəmə təxirə salınıb. Bugünkü iclasda Bakı Apelyasiya Məhkəməsi sədrinin etirazla bağlı mövqeyi məlum olacaq.
Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan bloqqerlər Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.